SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Gecikmiş "Comeback" və ya Teymur ikinci olsa nə ola bilər?

Ispaniyanın paytaxtı Madrid şəhərində keçirilən "İddiaçılar turniri 2022" başa çatmaq üzrədir.

    Bu gün şahmatçılar turnirdə son dəfə istirahət edəcəklər. İstirahət günündən sonra isə, iyulun 3-ü və 4-ù bu mötəbər yarışın son iki turu oynanılacaq. Məhz həmin turlardan sonra, 2023-cü ildə "Şahmat Tacını" Maqnus Karlsendən almağa çalışacaq şahmatçının adı məlum olacaq. Daha doğrusu onun adı demək olar ki, artıq məlumdur. Bu, ötən turnirin də qalibi olmuş, rus Yan Nepomnyaşiydir. Nepo son iki tura rəqiblərindən iki xal öndə gəlir və çətin ki, o bu üstünlüyünü əldən versin.  
  "İddiaçılar turnirin"-də yeganə təmsilçimiz olan Teymur Rəcəbov isə, birinci dövriyyədəki uğursuz çıxışından sonra, özünə gələrək möhtəşəm geridönüş etməyə bacardı. 9-cu turda amerikalı Hikaru Nakamuranı məğlub edən Teymur, 11-ci turda qara fiqurlarla çinli Dinq Lireni də məğlub etdi. Bu qələbələrə iki bərabərlik də əlavə edən Rəcəbov, hal-hazırda amerikalı Fabiano Karuana ilə birlikdə 6 xala malikdir və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Rəcəbovu qarşıda KaruanaRapportla oyunlar gözləyir. Ümid edək ki, Rəcəbov hər iki qarşılaşmada azarkeşlərimizi sevindirməyə bacaracaq və sonda ikinci olacaq. Onu da qeyd edək ki, Teymur birinci olmaq şansını artıq itirib. 

Niyə Teymurun məhz ikinci pilləni tutmasına ümid edək?

  Bu günlərdə şahmat ictimaiətinin gündəmini Maqnus Karlsenin ötənilki açıqlaması zəbt edib. Dubayda Yan Nepomnyaşiyə asanlıqla qalib gələrək növbəti dəfə Dünya çempionu adını qazanmış Karlsen, növbəti finalda daha maraqlı və istedadlı rəqibin olmayacağı təqdirdə finala çıxmayacağını açıqlamışdır. Düzdür bu barədə Karlsendən tam rəsmi açıqlama verilməsə də, hər halda belə bir söhbət olub. Əgər həqiqətən də belə bir hal baş verərsə o zaman FİDE böyük ehtimalla çempionluğu birbaşa "İddiaçılar turnirinin" qalibi olmuş Nepomnyaşiyə verəcəyini inandırıcı görünmür. Milyonlarla azarkeşi olan bu idman növünün Dünya çempionu adı uğrunda möhtəşəm final matçından məhrum etmək ən azından düzgün olmazdı. Belə olan halda böyük ehtimalla "İddiaçılar turnirinin" qalibinin finaldakı rəqibi həmin turnirdə ikinci pilləni tutmuş şahmatçı olacaq. Bu çox ədalətli və düzgün qərar olardı. Amma yenə də qeyd edək ki, bütün bu söhbətlər Karlsenin rəsmi imtianasından sonra müzakirə oluna bilər. Hələ ki, ortada rəsmi bir məlumatın olmadığını nəzərə alsaq, bunlar sadəcə bir ehtimaldır. Bizə isə, sadəcə Teymur Rəcəbova növbəti iki görüşdə yalnız və yalnız uğur arzulamağa qalır.    

Turnir cədvəli: Nepomnyaşiy - 8.5, Nakamura, Dinq Liren - 6.5, Rəcəbov, Karuana - 6, Rapport, Duda - 5,  Firuzca - 4.5.

14-cü tur: RİÇARD RAPPORT (MACARISTAN) - TEYMUR RƏCƏBOV (AZƏRBAYCAN) 
13-cü tur: TEYMUR RƏCƏBOV (AZƏRBAYCAN) - FABİANO KARUANA (ABŞ)
12-ci tur: DİNQ LİREN (ÇİN) - TEYMUR RƏCƏBOV (AZƏRBAYCAN) 0:1
11-ci tur: TEYMUR RƏCƏBOV (AZƏRBAYCAN) - YAN-KŞIŞTOF DUDA (POLŞA) 0.5:0.5
10-cu tur: YAN NEPOMNYAŞİY (FİDE) - TEYMUR RƏCƏBOV (AZƏRBAYCAN) 0.5:0.5
9-cu tur: TEYMUR RƏCƏBOV (AZƏRBAYCAN) - HİKARU NAKAMURA (ABŞ) 1:0
8-ci tur: ƏLİRZA FİRUZCA (FRANSA) - TEYMUR RƏCƏBOV (AZƏRBAYCAN) 0.5:0.5
7-ci tur: FABİANO KARUANA (ABŞ) - TEYMUR RƏCƏBOV (AZƏRBAYCAN) 1:0
6-cü tur: TEYMUR RƏCƏBOV (AZƏRBAYCAN) - RİÇARD RAPPORT (MACARISTAN) 0.5:0.5
5-ci tur: TEYMUR RƏCƏBOV (AZƏRBAYCAN) - DİNQ LİREN (ÇİN) 0.5:0.5
4-ci tur: YAN-KŞIŞTOF DUDA (POLŞA) - TEYMUR RƏCƏBOV (AZƏRBAYCAN) 0.5:0.5

3-cü tur: TEYMUR RƏCƏBOV (AZƏRBAYCAN) - YAN NEPOMNYAŞİY (FİDE) 0.5:0.5
2-ci tur: HİKARU NAKAMURA (ABŞ) - TEYMUR RƏCƏBOV (AZƏRBAYCAN) 1:0
1-ci tur: TEYMUR RƏCƏBOV (AZƏRBAYCAN) - ƏLİRZA FİRUZCA (FRANSA) 0.5:0.5
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss