SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Bravo Teymur!

Ispaniyanın paytaxtı Madrid şəhərində "İddiaçılar turniri 2022" başa çatdı.

    Dünən Madriddə ilin əsas şahmat hadisəsi olan "İddiaçılar turniri 2022"-yə yekun vuruldu. Hələ birinci dövriyyədən sonra bir çoxların gözlədiyi kimi turnir rus şahmatçı Yan Nepomnyaşiyin möhtəşəm qələbəsi ilə nəticələndi.
  Həqiqətən də, Nepo turnir boyu fantastik performans sərgiləyərək ümumi qələbəyə layıq oyun göstərdi. Yan bu turnirdə məğlubiyyət acısını dadmayan yeganə şahmatçı oldu. O keçirdyi 14 partiyanın 5-də qələbə qazanaraq 9 qarşılaşamanı bərabərliklə başa vurdu. Yan Nepomnyaşiydən sonra turnirdə ən yaddaqalan şahmatçılar sössüz ki, çinli Dinq Liren və həmyerlimiz Teymur Rəcəbov oldular. Hətta deyərdim ki, onların ikinci dövriyyədəki çıxışları Nepomnyaşiyin performansını belə kölgədə qoydu. İlk yeddi turdan sonra autsayderlər qrupunda yer alan və hamının artıq hesabdan sildikləri DinqTeymur ikinci dövriyyədə tamamilə fərqli performans göstərdilər və nəticədə 2-ci və 3-cü pillələri turublar. Hər iki şahmatçının bu fantastik geridönüşü uzun müddət yaddaşlardan silinməyəcək.
  Təəsüf ki, Teymur sonda ikinci ola bilmədi. Düzdür, əslində bu tipli turnirlərdə birinci yerdən başqa heç bir yerin elə də əhəmiyyəti olmur. Lakin daha öncə də qeyd etdiyimiz kimi Maqnus Karlsenin yada düşən ötənilki açıqlaması bu turnirə əlavə həyacan və ikincilik uğrunda mübarizə qatdı.
  Xatırladaq ki, ötən ilin sonunda Dubayda Yan Nepomnyaşiyə asanlıqla qalib gələrək növbəti dəfə Dünya çempionluğunu qeyd edən Karlsen, növbəti finalda daha maraqlı və istedadlı rəqibin olmayacağı təqdirdə finala çıxmayacağını açıqlamışdır. Düzdür bu barədə Karlsen tərəfindən rəsmi açıqlama verilməsə də, hər halda belə bir söhbət olub və hiss olunurdu ki, bu turnirdə ikncilik uğrunda da ciddi mübarizə gedirdi. Əgər həqiqətən də belə bir hal baş verərsə o zaman FİDE böyük ehtimalla "İddiaçılar turnirinin" qalibi olmuş Nepomnyaşiyə rəqib olaraq həmin turnirdə ikinci yeri tutmuş şahmatçını təyin edəcək. Bu isə çinli Dinq Liren olacaq.
  Bizə isə, sadəcə Teymur Rəcəbova bu turnirdə, xüsusilə turnirin ikinci dövriyyəsində azarkeşlərimizə yaşatdığı qələbə sevinclərinə görə təşəkkür etmək qalır.
   
  Bravo Teymur! 

Yekun cədvəl:  1.Nepomnyaşiy - 9.5, 2.Dinq Liren - 8, 3.Rəcəbov - 7.5, 4.Nakamura - 7.5, 5.Karuana - 6.5, 6.Firuzca - 6, 7.Duda - 5.5, 8.Rapport - 5.5.

14-cü tur: RİÇARD RAPPORT (MACARISTAN) - TEYMUR RƏCƏBOV (AZƏRBAYCAN) 0:1
13-cü tur: TEYMUR RƏCƏBOV (AZƏRBAYCAN) - FABİANO KARUANA (ABŞ) 0.5:0.5
12-ci tur: DİNQ LİREN (ÇİN) - TEYMUR RƏCƏBOV (AZƏRBAYCAN) 0:1
11-ci tur: TEYMUR RƏCƏBOV (AZƏRBAYCAN) - YAN-KŞIŞTOF DUDA (POLŞA) 0.5:0.5
10-cu tur: YAN NEPOMNYAŞİY (FİDE) - TEYMUR RƏCƏBOV (AZƏRBAYCAN) 0.5:0.5
9-cu tur: TEYMUR RƏCƏBOV (AZƏRBAYCAN) - HİKARU NAKAMURA (ABŞ) 1:0
8-ci tur: ƏLİRZA FİRUZCA (FRANSA) - TEYMUR RƏCƏBOV (AZƏRBAYCAN) 0.5:0.5
7-ci tur: FABİANO KARUANA (ABŞ) - TEYMUR RƏCƏBOV (AZƏRBAYCAN) 1:0
6-cü tur: TEYMUR RƏCƏBOV (AZƏRBAYCAN) - RİÇARD RAPPORT (MACARISTAN) 0.5:0.5
5-ci tur: TEYMUR RƏCƏBOV (AZƏRBAYCAN) - DİNQ LİREN (ÇİN) 0.5:0.5
4-ci tur: YAN-KŞIŞTOF DUDA (POLŞA) - TEYMUR RƏCƏBOV (AZƏRBAYCAN) 0.5:0.5

3-cü tur: TEYMUR RƏCƏBOV (AZƏRBAYCAN) - YAN NEPOMNYAŞİY (FİDE) 0.5:0.5
2-ci tur: HİKARU NAKAMURA (ABŞ) - TEYMUR RƏCƏBOV (AZƏRBAYCAN) 1:0
1-ci tur: TEYMUR RƏCƏBOV (AZƏRBAYCAN) - ƏLİRZA FİRUZCA (FRANSA) 0.5:0.5
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss