SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Gənc qrossmeysterimiz hərbi xidmətə yollandı

Azərbaycanın ən gənc qrossmeysterlərindən biri olan Vüqar Əsədli dünən hərbi xidmətə yollanıb.

  Chess.az xəbər verir ki, 20 yaşlı şahmatçımız hal-hazırda hərbi hissələrin birində karantindəndir. Karantin müddəti başa çatdıqdan sonra, həqiqi hərbi xidməti keçmək üçün Daxili Qoşunlara aid hərbi hissələrin birinə  yollanacaq Vüqar Əsədli  xidmətdə olmasına baxmayaraq Vüqar Əsədli şahmatçı karyerasına ara verməycək. Şahmatçının atası Chess.az-a verdiyi özəl açıqlamasında qeyd edib ki, Vüqar Əsəsdli Daxili İşlər Nazirliyinin "Dinamo" İdman Cəmiyyətində qulluq edəcək və əsas turnirlərdən kənarda qalmayacaq. 

  Qeyd edək ki, Vüqar hal hazırda 2575 reytinqə malikdir və dünya reytinq sıralamasında 299-cu şahmatçıdır. Azərbaycan şahmatçıları arasında isə Əsədli 10-cu pillədə qərarlaşıb. скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss