SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Teymurun yarımçıq tərk etdiyi turnirdə Məmmədyarov 1/4 finala doğru irəliləyir (CANLI)

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Meltwater Champions Chess Tour" onlayn şahmat seriyasının beşinci mərhələsinin oyunları davam edir.  

CANLI


   İyulun 17-dək davam edəcək "TX Road to Miami" onlayn şahmat superturniri, Chess24.com şahmat platforması üzərində oynanılır. Qeyd edək ki, bu mərhələnin qalibləri avqustun 15-21 tarixlərində ABŞ-nın Mayami şəhərində keçiriləcək "FTX Kripto" kubokunda iştirak etmək üçün vəsiqə qazanacaqlar. 16 şahmatçının iştirak etdiyi turnirin ümumi mükafat fondu isə 150 000 ABŞ dolları təşkil edir. Burada şahmatçı hər bir qələbəyə görə 750, bərabərliyə görə isə 250 dollar qazanacaq. 
  Turnirdə öncədən planlaşdıırlan kimi "TX Road to Miami"-da iki azərbaycanlı şahmatçı mübarizə aparmalı idi. Bunlar Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovdur. Lakin hər iki şahmatçı mübarizəyə qoşulsa da, sonradan təmsilçilərimizdən biri yarışı davam etdirməkdan imtina edib. Səhhətində yaranan problemləri səbəb kimi göstərən Teymur Rəcəbov, ardıcıl beş məğlubiyyətdən sonra turnirdəki çıxışını dayandırdı. Beşinci turdan sonra Rəcəbova rəqib olan bütün şahmatçılara isə qələbə verilir. Turnir cədvəlinə gəlincə, yarışa keçirilmiş 12 turdan sonra aktivində 28 xalı olan amerikalı Samuel Sevian başçılq edir. 26 xalı olan Hindistan şahmatçı Arjun Eriqaisi 2-ci, polyak Yan-Kşıştof Duda isə 24 xalla üçüncüdür. Turnirdə qalan yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov isə 18 xalla 6-cı pillədə qərarlaşıb.
  Qeyd edək ki, 15 turluq mübarizədən sonra ilk səkkiz yeri tutmuş şahmatçı 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. Qrup mərhələsinin son üç oyunu isə bu gün baş tutacaq. Bakı vaxtı ilə saat 20:00-da start götürəcək növbəti turlarda, Məmmədyarovun rəqibləri yarışın lideri Samuel Sevian, onun həmyerlisi Cefri Ksionq və norveçli Aryan Tari olacaqlar. скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss