SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Nazir yığmalarımızı yola saldı

Dünən Gənclər və idman naziri Fərid Qayıbov 44-cü Ümumdünya Şahmat Olimpiadasında ölkəmizi təmsil edəcək yığma komanda üzvləri ilə görüşüb. 

  Şahmatçıları salamlayan nazir onların hazırlığı ilə maraqlanıb, qarşıdakı yarışda uğurlar arzulayıb.
Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov həm kişi, həm də qadın yığma komandaların üzvlərini təqdim edib. Bildirib ki, hər iki komandanın heyəti yetərincə təcrübəli şahmatçılardan ibarətdir.
  Qeyd edək ki, Olimpiada iyulun 28-dən avqustun 10-dək Hindistanın Çennay şəhərində keçiriləcək. Kişi şahmatçılardan ibarət milli komandanın heyətinə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Vasif DurarbəyliNicat Abasov cəlb olunub. Qadın şahmatçılardan ibarət yığmada isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Gövhər Beydullayeva, Xanım BalacayevaÜlviyyə Fətəliyeva çıxış edəcəklər.
  Olimpiadada iştirak edəcək şahmatçılarla fikir mübadiləsi aparan nazir onların suallarını cavablandırıb.
Görüşdə nazir müavini Mariana Vasileva, AŞF-nin vitse-prezidenti Faiq Həsənov və baş katibi İlahə Qədimova da iştirak ediblər.









скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss