SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Robot uşağın barmağını sındırdı (VİDEO)

"Moscow Chess Open" şahmat festivalı çərçivəsində, tədbirin keçirildiyi məkanın foesində quraşdırılan robot uşağın barmağını sındırıb.



 Chess.az xəbər verir ki, hadisə ilə bağlı ətraflı məlumatı TASS agentliyinə Moskva Şahmat Federasiyasının prezidenti Sergey Lazarev verib: "Uşaq gediş etdi, gedişdən sonra o gözləməli idi, ancaq gözləmədi və robotun cavab gedişi zamanı əli orada olub. Əslində bizim robota heç bir aidiyatımız yoxdu. Uşaq növbəti gün robota qarşı partiyasını bir barmağı qipsdə davam etdirdi. İndicə Moskomsportdan zəng eləmişdi və bizə bildirdilər ki, uşağın valideynləri prokurorluğa müraciət etmək istəyirlər. Nə edək, müzakirə edəcəyik, görək onlara necə yardımçı ola bilərik. Operatorlar  da yəqin ki, robotun daha təhlükəsiz olması üçün xeyli işlər görməlidilər. Robotun artıq 15 yaşı var. Ciddi bir şey də baş verməyib, festivalın nəticələrinə görə uşaq mükafatçılar sırasına düşüb və mərasimdə barmağı qipsli iştirak edib".скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss