SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Maqnus Karlsen qərarını verdi :"Artıq bəsdir"

Norveçli dünya çempionu Maqnus Karlsen 2023-cü ildə öz titulunu qorumayacaq. 

Chess.az xəbər verir ki, Maqnus Karlsen bu məsələ ətrafında yaranan müzakirələrə son nöqtəni qoyaraq, gələn il Dünya çempionu adı uğrunda final matçında iştirak etməyəcəyini açıqladı :"Hər şey çox sadədir, mənim daha bir final oynamaq üçün heç bir motivasiyam qalmayıb. Mən son qərarımı verdim və qərarımdan da məmnunam. Mən bu haqda komanda üzvlərimlə, FİDE və hətta Yan Nepomnyaşiyin özü ilə də müzakirələr aparmışam. Mən bu haqda hələ 2016-cı ildə Sergey Karyakinlə finaldan öncə düşünməyə başlamışdım. Amma sonradan davam etmək qərarını verdim.  Son illər oynadığım finallar içərsində ən maraqlı matç Fabiano Karuanaya qarşı olmuşdur. Gərgin mübasrizə gedirdi və mən o finalda məğlub olsaydım belə, bu mənim üçün faciə olmayacaqdı. Bir sözlə düşünürüəm ki, artıq bəsdir". 
  Belə olan halda 2023-cü ildə baş tutacaq final matçında "İddiaçılar turnirinin" son qalibi olmuş rusiyalı Yan Nepomnyaşiylə böyük ehtimalla həmin turniri ikinci pillədə başa vurmuş çinli Dinq Liren qarşılaşacaqlar.Amma hər halda FİDE məsələ ilə bağlı yekun qərar verdikdən sonra, finalda kimlərin oynayacağını daha dəqiq söyləyə bilərik. 

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss