SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

44-cü Şahmat Olimpiadası başlayır!

Bu gün Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadasının rəsmi açılış mərasimi keçiriləcək.

  Chess.az xəbər verir ki, RusiyaÇin yığmaların iştirak etməyəcəyi olimpiadada ümümilikdə 186 ölkə təmsil olunacaq. Qeyd edək ki, bu qədər ölkə sayı şahmat olimpiadaları tarixində rekord olacaq. İndiyədək rekord 2018-ci ildə Batumidə keçirilmiş olimpiadada qeydə alınmışdır. Gürcüstandakı oyunlarda 184 ölkədən şahmatçılar iştirak etmişdir. 
  Azərbaycan Çennay Olimpiadasında həm kişilərin həm də qadınların turnirində təmsil olunacaq. Orta reytqinqi 2680 olan kişilərdən ibarət yığma komandamız yarışın əsas favoritlərindən biri hesab olunur və reytinq listdə altıncı pillədə qərarlaşıb. Orta reytinqə görə yanlız ABŞ, Hindistan, Norveç, Polşaİspaniya yığmaları bizdən irəlidədir. Onu da qeyd edək ki, səhhəti ilə əlaqədar Hindistana yollanmayan Teymur Rəcəbovun heyyətdə olduğu zaman yığmamız yalnız amerikalılardan geri qalırdı və olimpiadanın ikinci komandası idi. 
  Qadınlardan ibarət yığmamız da reytinq listdə altıncıdır. Orta reytinqi 2399 olan komandamız bu göstəriciyə görə yalnız Hindistan, Ukrayna, Gürcüstan, PolşaFransadan geri qalır. Bu gün keçiriləcək rəsmi açılış mərasimi çərçivəsində püşkatma mərasimi baş tutacaq və sabah keçiriləcək olimpiadanın birinci turunda hər iki komandamızın rəqibləri bəlli olacaq.
Komandalarımızın heyyətlərinə bir daha nəzər salaq:

Azərbaycan (kişilər):
1.Şəhriyar Məmmədyarov (2759)
2.Rauf Məmmədov (2656)
3.Qədir Hüseynov (2668)
4.Vasif Durarbəyli (2638)
5.Nicat Abbasov (2633)  

Azərbaycan (qadınlar):
1.Günay Məmmədzadə (2455)
2.Xanım Balacayeva (2344)
3.Gövhər Beydullayeva (2390)
4.Gülnar Məmmədova (2380)
5.Ülviyyə Fətəlliyeva (2372)  
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss