SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Şahmat Olimpiadası: Sırada Türkiyə və İsrail yığmaları var (CANLI YAYIM)

(Foto: Lana Əfəndiyeva)

Hindistanın Çennay şəhərində sayca 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir. 



  Sevindirici haldır ki, olimpiadanın gedişatı hələ ki, hər iki yığmamız üçün olduqca uğurlu keçir. Millilərimiz ilk üç turu xal itirmədən başa vuraraq, medallar uğrunda mübarizələrini davam etdirilər. 
  Kişilərdən ibarət yığma komandamız ilk turda Əlcazair yığmasını 4:0, ikinci turda Filippin yığmasını 3:1 hesabı ilə məğlub etdikdən sonra, dünən Argentina yığmasını da 3:1 hesabı ilə məğlub edib. Bu gün keçiriləcək dördüncü turda yığmamız qardaş Türkiyə yığması ilə qarşılaşacaq.   
  Qızlarımız da Hindistanda kişilər qədər uğurludurlar. İlk oyunda Birləşmiş Ərəb Əmirlikləri, ardınca  Finlandiya yığmalarını 4:0 hesabı ilə məğlub edən qızlarımız, dünən Yunanıstan yığmasını da məğlub etməyi bacardılar - 2.5:1.5. Bu gün qadınlardan ibarət yığma komandamız İsrail yığması ilə üz-üzə gələcək. 
  Bakı vaxtı ilə saat 13:30-da start götürəcək dördüncü turun oyunlarında yığmalarımıza qələbə arzu edirik.  

4-cü tur:
KİŞİLƏR
TÜRKİYƏ - AZƏRBAYCAN

QADINLAR
İSRAİL - AZƏRBAYCAN 


3-ci tur:
KİŞİLƏR
AZƏRBAYCAN - ARGENTİNA 3:1 

QADINLAR
AZƏRBAYCAN - YUNANISTAN 2.5:1.5


2-ci tur:
KİŞİLƏR
FİLLİPİN - AZƏRBAYCAN 1:3

QADINLAR
FİNLANDİYA - AZƏRBAYCAN 0:4


1-ci tur:
KİŞİLƏR
AZƏRBAYCAN - ƏLCAZAİR 4:0 

QADINLAR
AZƏRBAYCAN - BƏƏ 4:0



Komandalarımızın heyyətlərinə bir daha nəzər salaq:

Azərbaycan (kişilər):
1.Şəhriyar Məmmədyarov (2759)
2.Rauf Məmmədov (2656)
3.Qədir Hüseynov (2668)
4.Vasif Durarbəyli (2638)
5.Nicat Abbasov (2633)  

Azərbaycan (qadınlar):
1.Günay Məmmədzadə (2455)
2.Xanım Balacayeva (2344)
3.Gövhər Beydullayeva (2390)
4.Gülnar Məmmədova (2380)
5.Ülviyyə Fətəlliyeva (2372)  
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss