SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Şahmat Olimpiadası: Əhsən qızlar! Kişilərdən ilk xal itkisi (CANLI)

(Foto: Lana Əfəndiyeva)

Hindistanın Çennay şəhərində sayca 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir. 



  Dünən olimpiadanın dördüncü turun oyunları keçirildi. Təəsüf ki, kişilərdən ibarət yığma komandamız üç oyunluq qələbə seriyasının ardından ilk dəfə xal itkisi ilə üzləşdi. Millimizin qardaş Türkiyə yığması ilə keçirdiyi matç sülhlə nəticələndi 2:2. Bu oyunda Vasif Durarbəylinin oyununu qeyd etməməmk olmaz. Komandamızın məğlub duruma düşdüyünü görən Vasif, Cəmil Can Ali Marandiyə qarşı bərabər oyunu son anda öz xeyrinə çevirə bildi və ümumi heç-heçə üçün lazım olan qələbəni qazana bildi. Xal itkisinə baxmayaraq yığmamız hal hazırda 7 xalla 6-17-ci pillələri bölüşür və liderlərdən cəmi yarım xal geri qalır.
  Qızlarımızın isə itkisiz irəliləyişi davam edir. Komandamız dünən İsrail yığması üzərində qazandığı 3:1-lik qələbə sayəsində olimpiadada ardıcıl dördüncü qələbəsini qazandı və medallar uğrunda mübarizəni davam etdirirlər.   
  Bu gün Bakı vaxtı ilə saat 13:30-da start götürəcək beşinci turda kişilərdən ibarət yığma komandamız Kuba yığması ilə, qızlarımız isə güclü Ukrayna yığması ilə üz üzə gələcək. 

5-ci tur:
KİŞİLƏR
AZƏRBAYCAN - KUBA

QADINLAR
UKRAYNA - AZƏRBAYCAN 


4-cü tur:
KİŞİLƏR
TÜRKİYƏ - AZƏRBAYCAN 2:2

QADINLAR
İSRAİL - AZƏRBAYCAN 1:3 


3-ci tur:
KİŞİLƏR
AZƏRBAYCAN - ARGENTİNA 3:1 

QADINLAR
AZƏRBAYCAN - YUNANISTAN 2.5:1.5


2-ci tur:
KİŞİLƏR
FİLLİPİN - AZƏRBAYCAN 1:3

QADINLAR
FİNLANDİYA - AZƏRBAYCAN 0:4


1-ci tur:
KİŞİLƏR
AZƏRBAYCAN - ƏLCAZAİR 4:0 

QADINLAR
AZƏRBAYCAN - BƏƏ 4:0



Komandalarımızın heyyətlərinə bir daha nəzər salaq:

Azərbaycan (kişilər):
1.Şəhriyar Məmmədyarov (2759)
2.Rauf Məmmədov (2656)
3.Qədir Hüseynov (2668)
4.Vasif Durarbəyli (2638)
5.Nicat Abbasov (2633)  

Azərbaycan (qadınlar):
1.Günay Məmmədzadə (2455)
2.Xanım Balacayeva (2344)
3.Gövhər Beydullayeva (2390)
4.Gülnar Məmmədova (2380)
5.Ülviyyə Fətəlliyeva (2372)  
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss