SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Xəzər Vüqar Həşimovun xatirəsinə həsr olunmuş turnirin qalibi oldu

Bakıda mərhum qrossmeysterimiz Vüqar Həşimovun doğum gününə həsr olunmuş ənənəvi  beynəlxalq şahmat turniri başa çatdı.

  Chess.az xəbər verir ki, yarışda Azərbaycan, ABŞ, Fransa, Qazaxıstan  Rusiyadan (FİDE bayrağı altında çıxış ediblər) 149 şahmatçı iştirak edib. Doqquz turluq gərgin mübarizənin sonunda qələbəni 8 xalla Beynəlxalq usta (İM) Xəzər Babzadə bayram etdi. Xəzərdən bir xal geri qalan Murad İbrahimli  Vüqar Manafov müvafiq olaraq 2-ci və 3-cü yerləri tutublar. 

   Qaliblər diplom, kubok və pul mükafatları ilə təltif olunublar. Qaliblərin mükafatlarını Vüqar Həşimovun atası Qasım Həşimov və anası Aidə Həşimova təqdim ediblər.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss