SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Azərbaycan yığması tarixi uğura doğru! (CANLI)

(Foto: Lana Əfəndiyeva)

Hindistanın Çennay şəhərində sayca 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir.




  Bu gün olimpiadada istirahət günüdür. Altı turluq gərgin mübarizədən sonra, şahmatçılar nəhayət ki, nəfəslərini dərməyə vaxt tapacaqlar. Sevindirici haldır ki, istirahətdən öncə keçirilən altıncı turda, hər iki komandamız qələbə qazanaraq istirahətə yüksük əhval-ruhiyyədə yollandılar. Kişilər iki turluq uğursuzluqdan sonra, dünən Slovakiya yığmasını 3:1, qızlarımız isə güclü Qazaxıstan yığmasını eyni hesabla məğlub ediblər.     

  Xüsusilə qızlarımızın uğurunu qeyd etmək yerinə düşərdi. Oynadıqları altı oyunda 5 qələbə qazanan və yalnız bir görüşdə bərabərə qalan yığmamız, medallar uğrunda mübarizəni davam etdirirlər və bu mübarizədə artıq əsas favoritlərindən hesab olunurlar. Aktivlərində 11 xalı olan komandamız hazırda yarış cədvəlinin ikinci pilləsində qərarlaşır və yalnız bütün oyunları qələbə ilə başa vurmuş meydan sahibi Hindistan yığmasından geri qalır. Bu arada sabah keçiriləcək yeddinci turda qızlarımız məhz "məğlubedilməz" Hindistan yığması ilə üz üzə gələcəklər. Olduqca maraqlı və həyacanlı qarşılaşma sabah Bakı vaxtı ilə saat 13:30-da başlayacaq. Bu oyunda mümkün qələbə yığmamızı olimpiadanın sonuna dörd tur qalmış yarışın vahid lideri edə bilər. 
 Xanımlardan fərqli olaraq kişilərdən ibraət yığmamız medallar uğrunda mübarizədən biraz aralı düşüb. Dünənki qələbədən sonra xallarını 9-a çatıran komandamız, hal hazırda turnir cədvəlinin 14-25-ci pillələrini bölüşür. Sabah yığmamız İsrail komandası ilə qarşılaşacaq. 
 Ümid edək ki, komandamız son beş turu daha yüksək səviyədə keçirəcək və sonda olimpiya oyunlarının medallarına yiyələnə biləcək. Bu iş çətin görünsə də, mümkünsüz deyil.     
  Xatırladaq ki, indiyədək nə kişilər nə də qadınlardan ibarət yığma komandalarımız Ümumdünya Şahmat Olimpiadalarında medal qazana bilməyiblər. Çennay olimpiadasında qazanıla biləcək medal Azərbaycanın ilk və tarixi medalı ola bilər. İrəli Azərbaycan!   

7-ci tur:
KİŞİLƏR
AZƏRBAYCAN - İSRAİL
QADINLAR
AZƏRBAYCAN - HİNDİSTAN  


6-cı tur:
KİŞİLƏR
SLOVAKİYA - AZƏRBAYCAN 1:3
QADINLAR
AZƏRBAYCAN - QAZAXISTAN 3:1  


5-ci tur:
KİŞİLƏR
AZƏRBAYCAN - KUBA 1.5:2.5

QADINLAR
UKRAYNA - AZƏRBAYCAN 2:2 


4-cü tur:
KİŞİLƏR
TÜRKİYƏ - AZƏRBAYCAN 2:2

QADINLAR
İSRAİL - AZƏRBAYCAN 1:3 


3-ci tur:
KİŞİLƏR
AZƏRBAYCAN - ARGENTİNA 3:1 

QADINLAR
AZƏRBAYCAN - YUNANISTAN 2.5:1.5


2-ci tur:
KİŞİLƏR
FİLLİPİN - AZƏRBAYCAN 1:3

QADINLAR
FİNLANDİYA - AZƏRBAYCAN 0:4


1-ci tur:
KİŞİLƏR
AZƏRBAYCAN - ƏLCAZAİR 4:0 

QADINLAR
AZƏRBAYCAN - BƏƏ 4:0



Komandalarımızın heyyətlərinə bir daha nəzər salaq:

Azərbaycan (kişilər):
1.Şəhriyar Məmmədyarov (2759)
2.Rauf Məmmədov (2656)
3.Qədir Hüseynov (2668)
4.Vasif Durarbəyli (2638)
5.Nicat Abbasov (2633)  

Azərbaycan (qadınlar):
1.Günay Məmmədzadə (2455)
2.Xanım Balacayeva (2344)
3.Gövhər Beydullayeva (2390)
4.Gülnar Məmmədova (2380)
5.Ülviyyə Fətəlliyeva (2372)  
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss