SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Şahmat Olimpiadası: Məmmədyarovu çox çətin sınaq gözləyir (CANLI)

Hindistanın Çennay şəhərində sayca 44-cü Ümumdünya Şahmat Olimpiadası yavaş yavaş həlledici məqamına yaxınlaşır.  



   Bu gün Çennay olimpiadasının səkkizinci turun oyunları keçirildi. Dünənə qədər hətta oyunların qalibi olmağa ən yaxın namizədlərdən biri olan qadınlardan ibarət yığma komandamız, bu gün Rumıniya yığması ilə bərabərə qaldı 2:2. Təəsüf ki, istirahət gününə qədər çox inamlı oyun sərgiləyən yığmamız və hüsusilə beşdə beş edən (5 oyun, 5 qələbə) Ülviyyə Fətəliyeva, isitrahətdən sonra qələbə qazana bilməyiblər. Xüsusilə Ülviyyənin ardıcıl iki məğlubiyyəti yığmanın ümumi nəticələrinə böyük təsir göstərdi. Altı turdan sonra ikinci olan qızlarımız, ardıcıl xal itikilərinin səyəsində səkkizinci pilləyə eniblər. Yarışın lideri isə, əvvəlki kimi  Hindistan komandasıdır. İlk turlardan zirvəni ələ keçirən meydan sahibləri, inamla zəfərə doğru irəliləyirlər. Sabah qadınlardan ibarət yığma komandamızın rəqibi Monqolustan yığması olacaq. Ümid edək ki, qızlarımız onlara yaraşan oyun sərgiləyərək azarkeşlərimizi sevindirəcəklər. 

   Qızlardan fərqli olaraq istirahət kişilərdən ibarət komandamıza yaradı. Türkiyə və Kuba ilə oyunlarda gözlənilməz xal itkilərinə məruz qalan yığmamız, hətta turnir cədvəlinin 27-ci pilləsinə qədər yuvarlanmışdır. Lakin istirahətdən sonra keçirdikləri hər iki qarşılaşmadan qalib ayrılan komandamız yavaş yavaş özünə gəlməyə başlayıb. Dünən İsrail yığmasını 3:1, bu gün isə komandanın lideri olan Şəhriyar Məmmədyarovsuz Qazaxıstan yığmasını məğlub edən (2.5:1.5) millimiz, yenidən liderlər qrupuna yaxınlaşmağı bacardı. Komandamız hazırda 13 xalla 6-cı pillədə qərarlaşıb və onları 2-ci və 3-cü pillədən bir, birinci sıradan isə 2 xal ayırır. Sabah komandamızı olduqca çətin qarşılaşma gözləyir. Rəqib Hindistanın ikinci komandasıdır. İkinci olmasına baxmayaraq, bu yığma Çennay olimpiadasının tapıntısı hesab olunur. Gənclərdən qurulan komanda hamını təcübləndirməyə bacardı və inamla qələbəyə doğru irəliləyirlər. Qukeş və onun  komanda yoldaşları fantastik performansı sayəsində Ermənistandan cəmi bir xal geri qalaraq, hazırda yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıblar. Qeyd edək ki, Qukeş bu Olimpiadada fantastik nəticəyə imza atıb.  Gənc şahmatçı birinci taxtada keçirdiyi səkkiz oyunun hamısında qalib gəlib. Təbii ki, belə bir kuraj tutan Qukeşi dayandırmaq çox çətin olacaq. Bircə onu qeyd etməyə dəyər ki, onun bugünki qurbanı amerikalı Fabiano Karuana oldu. Sabah Şəhriyar Məmmədyarovun işi çox çətin olacağını indidən təxmin etmək olar.    
  Sabah Bakı vaxtı ilə saat 13:30-da Şahmat Olimpiadasının doqquzuncu turuna start veriləcək. Qeyd edək ki, Olimpiada İsveçrə sistümi üzrə keçirilir və 11 turdan ibarət olacaq. Şahmat olimpiadasına yekun avqustun 9-da vurulacaq. 

6-cı tur:
KİŞİLƏR
SLOVAKİYA - AZƏRBAYCAN
QADINLAR
AZƏRBAYCAN - QAZAXISTAN 


5-ci tur:
KİŞİLƏR
AZƏRBAYCAN - KUBA 1.5:2.5

QADINLAR
UKRAYNA - AZƏRBAYCAN 2:2 


4-cü tur:
KİŞİLƏR
TÜRKİYƏ - AZƏRBAYCAN 2:2

QADINLAR
İSRAİL - AZƏRBAYCAN 1:3 


3-ci tur:
KİŞİLƏR
AZƏRBAYCAN - ARGENTİNA 3:1 

QADINLAR
AZƏRBAYCAN - YUNANISTAN 2.5:1.5


2-ci tur:
KİŞİLƏR
FİLLİPİN - AZƏRBAYCAN 1:3

QADINLAR
FİNLANDİYA - AZƏRBAYCAN 0:4


1-ci tur:
KİŞİLƏR
AZƏRBAYCAN - ƏLCAZAİR 4:0 

QADINLAR
AZƏRBAYCAN - BƏƏ 4:0



Komandalarımızın heyyətlərinə bir daha nəzər salaq:

Azərbaycan (kişilər):
1.Şəhriyar Məmmədyarov (2759)
2.Rauf Məmmədov (2656)
3.Qədir Hüseynov (2668)
4.Vasif Durarbəyli (2638)
5.Nicat Abbasov (2633)  

Azərbaycan (qadınlar):
1.Günay Məmmədzadə (2455)
2.Xanım Balacayeva (2344)
3.Gövhər Beydullayeva (2390)
4.Gülnar Məmmədova (2380)
5.Ülviyyə Fətəlliyeva (2372)  
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss