SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Arkadiy Dvorkoviç yenidən FİDE prezidenti seçildi

Dünən Hindistanın Çennay şəhərində FİDE-nin 22-ci Baş Assambleyası keçirildi.

 Assambleyanın gündəliyində duran əsas məsələ FİDE-yə prezident seçkiləri idi. Beləliklə, hazırkı prezident Arkadiy Dvorkoviç 157 səslə ikinci dəfə Ali şahmat qurumunun başçısı seçildi. 
  Qeyd edək ki, bu seçkilərdə prezident postuna üç namizəd var idi. Arkadiy Dvorkoviç, 31 yaşlı ukraynalı Andriy Barişpolets və fransız Baçar Kutlidir. Sonuncu səsvermədən öncə namizədliyini geri götürüb, ukraynalı isə cəmi 16 səs toplayıb.
   Qeyd edək ki, ikinci müddətə seçilən Dvorkoviçin komandasında vitse-prezident postlarını Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və eks-dünya çempionu hindistanlı Vişvanatan Anand tuturlar. 
  1972-ci ilin martın 26-da Moskvada anadan olan Dvorkoviç ilk dəfə 2018-ci ilin oktyabrında FİDE prezindenti seçilmişdir. O bu postda başqa bir rusiyalı Kirsan İlyumjınovu əvəz etmişdir. Bəziləri Rusiyaya qarşı tətqbiq edilən sanksiyaları və Dvorkoviçin özünün Rusiya prezidenti Putinə yaxınlığının səbəb göstərərək, onun bu seçkilərdə məğlub olacağını düşünürdülər. Lakin buna baxmayaraq Dvorkoviç və onun komandası seçkilərdə böyük fərqlə qalib gəlməyi bacardı. Yeni seçilmiş prezident məsələ ilə bağlı bunları deyib :" Bəli, mən rusam və Rusiya Şahmat Federasiyasının idarə heyətinin sədriyəm. Amma bu işimdə mən peşakar kimi davranıram. Mən Rusiyanın Ukraynada baş verən hadisələrlə bağlı FİDE-dən müvəqqəti uzaqlaşdırılmasının qərarını dəstəkləmişəm. İşimə gəlincə, biz bu Şahmat Olimpiadasını təşkil edə bildik, FİDE-nin maliyyə sabitliyini təmin etmişik. Bu heç də asan başa gəlməyib. Ümid edirəm ki, şahmat insanları yenidən birləşdirəcək".

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss