SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Azərbaycan tarixi uğurun bir addımlığında! (CANLI)

Hindistanın Çennay şəhərində keçirilən 44-cü Ümumdünya Şahmat Olimpiadası başa çatmaq üzrədir.  



   Artıq sabah olimpiadanın son turu keçiriləcək və yeni Olimpia çempionlarının adları məlum olacaq. Təəsüf ki, medalçılar sırasında kişilərdən ibarət yığma komandamız olmayacaq. Yarışdan öncə olimpiadanın əsas favoritlərində biri hesab olunan Azərbaycan yığması, əvvəlcə Teymur Rəcəbovun səhhətində yaranan problemlərlə əlaqədar olaraq yarışa yollanmaması, olimpiadanın gedişində isə dişimizə görə olan Türkiyə və Kuba kimi yığmalarla oyunlarda lazımsız xal itkiləri, bu gün isə prinsipial rəqibimiz olan Ermənistan yığmasından aldığı acı məğlubiyyətdən sonra (1:3) medal ümidlərini tamamilə itirdi. 

  Olimpiadadan öncə bəzi mütəxəssislər bu yarışa gənclərin yollanamsını və onların belə böyük yarışda təcrübə toplamalarını daha məqsədəuyğun hesab edirdi. Lakin onları dinləyən olmadı. Amma kaş ki, onları dinləyən olardı. Məhəmməd Muradlı, Aydın Süleymanlı və Vüqar Əsədli kimi şahmatçılar bəlkə də olimpia çempionu bilməyəcəkdilər, bəlkə heç medal da qazana bilməyəcəkdilər, lakin onların olimpiada kimi böyük yarışda təcrübə toplayıb növbəti olimpiadalarda bizə ümid verə bilərdi. Bu yarışda tamamilə gənclərdən ibarət olan Hindistan-2 və Özbəkistan yığmalarının nələr etdiklərini hamı gördü. Amma nə edək, belə məsləhət imiş. Bəlkə də bu qərar daha doğru qərar idi. Nəisə, kişilərdən ibarət komandamızdan çox danışmayaq və keçək əsas məsələyə. 
   Bəli, əsas məsələ qadınlardan ibarət yığma komandamızdır! Möhtəşəm komanda ruhu, stabillik, məşqçilərin düzgün işi və bu kimi pozitiv səbəblər sayəsində sabah bütün Azərbaycan məhz bu komandaya azarkeşlik edəcək. Həlledici məqamda medallar uğrunda mübarizə aparan güclü Ermənistan yığmasını 4:0! darmadağan edən qızlarımız son tur öncəsi turnir cədvəlində 3-cü pilləyə yüksəlib. 
   Əhsən sizə Günay, Xanım, Gövhər, Gülnar və Ülviyyə! Bravo Nicat Məmmədli, Cahangir Ağarəhimov və Fikrət Sideyifzadə!  
  Sabah Bakı vaxtı ilə saat 08:30-da komandamız medallar uğrunda həlledici matçda güclü Gürcüstan yığması ilə qarşılaşacaq. Əsası gənc şahmatçılardan təşkil olunan komandamız gələcəyə böyük ümid verir və əminliklə söyləmək olar ki, onların daha da böyük qələbələri hələ irəlidədir. Sabahkı matçda isə yığmamıza uğurlar arzu edirik və ümid edək ki, 9 avqust 2022-ci il tarixi Azərbaycanını idman tarixinə qızıl hərflərlə yazılacaq. Azərbaycan sabah tarixində ilk dəfə Şahmat Olimpiadalarında medal qazana bilər. 
 


11-ci tur:
KİŞİLƏR
SERBİYA - AZƏRBAYCAN
QADINLAR
AZƏRBAYCAN - GÜRCÜSTAN 


10-cu tur:
KİŞİLƏR
AZƏRBAYCAN - ERMƏNİSTAN 1:3
QADINLAR
ERMƏNİSTAN - AZƏRBAYCAN 0:4 


9-cu tur:
KİŞİLƏR
HİNDİSTAN-2  - AZƏRBAYCAN 2:2
QADINLAR
AZƏRBAYCAN - MONQOLUSTAN 2.5:1.5 


8-ci tur:
KİŞİLƏR
QAZAXISTAN - AZƏRBAYCAN 1.5:2.5
QADINLAR
RUMINİYA - AZƏRBAYCAN 2:2 


7-ci tur:
KİŞİLƏR
AZƏRBAYCAN - İSRAİL 3:1
QADINLAR
AZƏRBAYCAN - HİNDİSTAN 1.5:2.5 


6-cı tur:
KİŞİLƏR
SLOVAKİYA - AZƏRBAYCAN 1:3
QADINLAR
AZƏRBAYCAN - QAZAXISTAN 3:1 


5-ci tur:
KİŞİLƏR
AZƏRBAYCAN - KUBA 1.5:2.5

QADINLAR
UKRAYNA - AZƏRBAYCAN 2:2 


4-cü tur:
KİŞİLƏR
TÜRKİYƏ - AZƏRBAYCAN 2:2

QADINLAR
İSRAİL - AZƏRBAYCAN 1:3 


3-ci tur:
KİŞİLƏR
AZƏRBAYCAN - ARGENTİNA 3:1 

QADINLAR
AZƏRBAYCAN - YUNANISTAN 2.5:1.5


2-ci tur:
KİŞİLƏR
FİLLİPİN - AZƏRBAYCAN 1:3

QADINLAR
FİNLANDİYA - AZƏRBAYCAN 0:4


1-ci tur:
KİŞİLƏR
AZƏRBAYCAN - ƏLCAZAİR 4:0 

QADINLAR
AZƏRBAYCAN - BƏƏ 4:0



Komandalarımızın heyyətlərinə bir daha nəzər salaq:

Azərbaycan (kişilər):
1.Şəhriyar Məmmədyarov (2759)
2.Rauf Məmmədov (2656)
3.Qədir Hüseynov (2668)
4.Vasif Durarbəyli (2638)
5.Nicat Abbasov (2633)  

Azərbaycan (qadınlar):
1.Günay Məmmədzadə (2455)
2.Xanım Balacayeva (2344)
3.Gövhər Beydullayeva (2390)
4.Gülnar Məmmədova (2380)
5.Ülviyyə Fətəlliyeva (2372)  
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss