SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Muradlının Abu Dabidə uğurlu startı (CANLI)

BƏƏ-nin paytaxtı Abu Dabidə ənənəvi "Abu Dhabi Chess Festival" şahmat festivalı davam edir.
CANLI
  Festivalın əsas yarışı olan "Masters" turnirində 31 ölkədən 148 şahmatçı mübarizə aparır. Heyətinə görə kifayət qədər güclü olan yarışda ölkəmizi altı şahmatçı təmsil edir. Bunlar son ölkə çempionu Məhəmməd Muradlı ilə yanaşı, Elmar Atakişiyev, Fərid Mustafayev, Vüqar Manafov, Şiroğlan TalıbovElşad Abdullayevdir. Keçirilmiş üç turdan sonra təmsilçilərimizin arasında ən yaxşı nəticəyə Məhəmməd Muradlı malikdir. Aktivində 2.5 xalı olan Məhəmməd, hazırda turnir cədvəlinin 2-24-cü pillələrini bölüşür. Yarışın vahid lideri isə, üç turdan sonra yüz faizlik nəticəyə malik olan hindistanlı Arcun Eriqaisidir. Qeyd edək ki, Muradlı ikinci turda turnirin reytinq favoriti olan çinli Vanq Xao (2735) ilə bərabərə qaldı.
  Bu gün Bakı vaxtı ilə saat 17:00-da başlayacaq dördüncü turda Məhəmməd Muradlı alman Liviu-Diter Nisipyanu ilə qarşılaşacaq. скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss