SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Aydının Türkiyə Superliqasındakı möhtəşəm çıxışı davam edir

Dünən "Türkiye İş Bankası Satranç Süper Liginin" altıncı turun oyunları keçirildi.  
CANLI
 Gənc şahmatçımız Aydın Süleymanlının şərəfini qoruduğu "Bayegan Pendik Satranç Spor Klubu" komandası cari turda növbəti qələbəsini qazandı. "Bayegan" bu dəfə "Darruşafaka SK"-dan güclü oldu 4:2. Komandasının altıncı taxtasında çıxış edən Aydın isə, inamlı çıxışını davam etdirərərək növbəti qələbəsini qazandı. Süleymanlı bu dəfə türkiyəli rəqibi Can Unatdan üstün oldu. Qeyd edək ki, Aydın Süleymanlı Türkiyə Superliqasında keçirdiyi altı qarşılaşmasını beşini qələbə ilə başa vurub, bir partiyasında isə bərabərlik qeydə alınıb. Aydının şərəfini qoruduğu "Bayegan SSK" komandası isə, altı turdan sonra 10 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.Yarışın vahid lideri isə aktivində 11 xalı "Türk Hava Yolları SK" komandasıdır. 
 Qeyd edək ki, Türkiyə Superliqasında Aydın Süleymanlıdan başqa daha dörd şahmatçımız mübarizə aparır. Bunlar "Darruşafaka SK"-da çıxış edən xanım şahmatçımız Xəyalə Abdulla və kişilərdən ibarət yığmamızın üzvü Nicat Abbasov, "Gökay Vakfı SK"-da çıxış edən Abdulla Qədimbəyli"Rota Koleji SK"-nun şərəfini qoruyan Zaur Məmmədovdur. Bu gün Bakı vaxtı ilə saat 16:00-da yarışın yeddinci turuna start veriləcək. 
 Onu da qeyd edək ki, Türkiyə Superliqası dairəvi sistem üzrə keçirilir və 13 turdan ibarət olacaq. Yarışa avqustun 27-də yekun vurulacaq. скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss