SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

AÇ 2022: Praqada "Azərbaycan derbisi" (CANLI)

Çexiyanın paytaxtı Praqa şəhərində qadınlar arasında şəxsi Avropa çempionatı davam edir.

CANLI

 Chess.az xəbər verir ki, dünən qitə birinciliyinin dördüncü turun oyunları keçirildi. Avropa çempionatındakı şahmatçılarımızın çıxışını hələ ki, uğurlu hesab etmək olar. Belə ki, dörd turdan sonra aktivlərində 3.5 xalları olan birdən birə üç şahmatçımız liderlər qrupunda yer alırlar. Bunlar Günay Məmmədzadə, Gülnar Məmmədova və Ülviyyə Fətəliyevadır. Şahmatçılarımızdan başqa daha beş şahmatçı dörd turdan sonra liderlər qrupunda yer alır. Gürcü Nana Dzaqnidze, erməni Anna Danielyan, polşalılar Yovant Zavadska, Monika Soçko və ukraynalı Anna Uşenina təmsilçilərimizlə eyni xala malikdirlər və çempionluq uğrunda mübarizə aparanlar sırasındadırlar.

 Qitə birinciliyində çıxış edən digər təmsilçilərimizə gəlincə, Ləman Hacıyeva 3 xalla 12-ci, Gövhər Beydullayeva 2.5 xalla 41-ci,aktivlərində 2 xalları olan Xanım Balacayeva  Səbinə İbrahimova isə müvafiq olaraq 61 və 75-ci pillələrdə qərarlaşıblar. 
 Bu gün Bakı vaxtı ilə saat 17:15-də Avropa çempionatının beşinci turuna start veriləcək. Liderlər qrupunda yer alan şahmatçılarımız Günay Məmmədzadə ilə Gülnar Məmmədova bir birinə qarşı, Ülviyyə Fətəliyevanı isə erməni Anna Danielyanla çətin partiya gözləyir. 
 Qeyd edək yarış İsveçrə sistemi üzrə keçirilir və 11 turdan ibarət olacaq.   скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss