SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

AÇ 2022: Medallar uğrunda mübarizə qızışır

Bu gün Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən qadınlar arasında şəxsi Avropa çempionatının istirahət günüdür.

CANLI

   Şahmatçıların həqiqətən də istirahətə böyük ehtiyacı var idi. Qitə birinciliyinin ilk altı turu olduqca gərgin  mübarizə şəraitində keçdi və sössüz ki iştirakçıların xeyli gücünü aldı. Onu da unutmayaq ki, Avropa çempionatında iştirak edən şahmatçıların böyük əksəriyəti Praqaya səfər etməmişdən cəmi bir neçə gün öncə Hindistanda keçirilmiş Ümumdünya Şahmat Olimpiadasından evlərinə qayıdıblar. Olimpiadanın odu atəşi sönməmiş daha bir böyük turnirə qatılmaq həqiqətən də böyük güc və cəsarət tələb edir. 

  AÇ-da iştirak edən yeddi şahmatçımızdan beşi iki həftə öncə Hindistanda çıxış edirdi və insaf naminə qeyd etmək lazımdır ki, onların çıxışı sadəcə möhtəşəm idi. Yalnız sonda, biraz bəxtsizlik, bəlkə də biraz təcrübəsizlik yığmamıza medal qazanmaqda mane oldu. Nəisə, qayıdaq Praqaya... 
  Altı turdan sonra, son illər Azərbaycan qadın şahmatının əvəssiz lideri ola Günay Məmmədzadə ümumi  qələbəyə əsas favoritlərindən biri kimi göstərilir. Günay hal-hazırda 5 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və onu lider olan polşalı Monika Soçkodan cəmi yarım xal ayırır.  Yığmamızın digər üzvləri olan Ülviyyə Fətəliyeva Gülnar Məmmədovanın da çıxışını qənaətbəxş hesab etmək olar. Hər iki şahmatçı 4.5 xalla turnir cədvəlinin 4-11-ci yerlərini bölüşürlər və medallar uğrunda mübarizəni davam etdirirlər.       Olimpiadadan qayıdan digər iki şahmatçımız Gövhər BeydullayevaXanım Balacayeva isə təəsüf ki, onlardan gözlənilən performansı hələ ki, nümayiş etdirə bilmirlər. Hər iki şahmatçı 3.5 xalla 29-53-cü yerləri bölüşürlər. İnanırıq ki, istirahət günü məhz bu iki gənc şahmatçının işinə yarıyar və onlar qitə birinciliyini  son beş turunda özlərinə layıq oyun göstərib daha yüksək pillələrə yüksələcəklər. Daha bir təmsilçimiz olan Ləman Hacıyeva isə əksinə, gözləniləndən daha yaxşı çıxış edərək GövhərXanımla birlikdə 29-53-cü yerləri bölüşür. Azərbaycanlı şahmatçıların arasında ən zəif nəticəyə isə Səbinə İbrahimova malikdir. Aktivində cəmi 2.5 xalı olan Səbinə yarış cədvəlinin 82-ci pilləsində qərarlaşıb.  
  Sabah  Bakı vaxtı ilə saat 17:15-də Avropa çempionatının yeddinci turuna start veriləcək. 
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss