SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

AÇ 2022: Qızlarımız medallar uğrunda mübarizə aparır (CANLI)

Çexiyanın paytaxtı Praqa şəhərində qadınlar arasında şəxsi Avropa çempionatı davam edir.
CANLI
   Sevindirici haldır ki, qitə birinciliyində şahmatçılarımızın çıxışını qənaətbəxş hesab etmək olar. Təsadüfi deyil ki, səkkiz turdan sonra birdən birə üç şahmatçımız 3-cü pillədə qərarlaşıblar və medallar uğrunda mübarizədə əsas favoritlərdən hesab olunurlar.   

  Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva Gülnar Məmmədova hazırda aktivlərindəki 6 xalları ilə, turnir cədvəlinin 3-8-ci pillələrini bölüşürlər. Günay Məmmədzadə hətta dünənə qədər yarışın lideri də idi. Lakin polşalı şahmatçı Monika Soçkoya məğlubiyyət onu 3-cü pilləyə endirdi. Qeyd edək ki, bu Günayın qitə birinciliyində ilk məğlubiyyəti idi. 
  Bu gün Avropa çempionatının doqquzuncu turu  keçiriləcək. Məmmədzadə erməni şahmatçı Mariya Qevorqyanla, Ülviyyə Fətəliyeva lider Monika Soçko ilə, Gülnar Məmmədova isə ukraynalı İnna Qaponenko ilə qarşılaşacaqlar. Bundan əlavə digər şahmatçılarımız olan Gövhər BeydullayevaXanım Balacayeanın yüksəlişini qeyd etməyə dəyər. Hər iki şahmatçı istirahət günündən sonra öz oyunlarını taparaq medallar uğrunda mübarizəyə qoşulanların sırasındadır. Hər iki şahmatçımızın aktivində 5.5 xalı var və onlar turnir cədvəlinin 9-16-cı pillələrini bölüşürlər. Bu gun Beydullayeva bolqar Nurgül Səlimova ilə, Xanım isə ukraynalı Anna Uşenina ilə qarşılaşacaqlar. Digər şahmatçılarımızdan Ləman Hacıyevanın 5 xalı var və o turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Ləmanın bugünki rəqibi erməni şahmatçısı Anna Sarqsyan olacaq. Təmsilçilərimizin arasında ən zəif nəticə göstərən Səbinə İbrahimova isə 3 xalla 94-cüq mövqedə qərarlaşıb. Onun isə bugünki rəqibi israilli Noqa Orian olacaq.   
  Qarşılaşmalar Bakı vaxtı ilə saat 17:15-də başlayacaq.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss