SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Aydın Türkiyə Superliqasının bürünc mükafatçısı oldu!

"Türkiye İş Bankası Satranç Süper Ligi" başa çatdı.   
CANLI
Türkiyə Superliqasında iştirak etmiş beş şahmatçılarımızdan yalnız birinin komandası mükafatçılar sırasına düşə bildi. Gənc şahmatçımız Aydın Süleymanlının şərəfini qoruduğu "Bayegan Pendik Satranç Spor Klubu" sonda 19 xalla liqanı üçüncü pillədə bitirdi. 
  Türkiyə çempionu adını isə "Göktürk SSK" kollektivi qazandı. Onlarla eyni xal toplayan və yalnız əlavə göstəricilərə görə ikinci olan "Türk Hava Yolları SK" klubu gümüş medalların sahibi oldu.  
 Qeyd etdiyimiz kimi Türkiyə Superliqasında Aydın Süleymanlıdan başqa daha dörd şahmatçımız mübarizə aparırdı. Onlardan xanım şahmatçımız Xəyalə Abdulla və kişilərdən ibarət yığmamızın üzvü Nicat Abbasovun şərəfini qoruduğu "Darruşafaka SK" klubu 6 xalla 11-ci, qrossmeysterimiz Zaur Məmmədovdur çıxış etdiyi və "Rota Koleji SK" komandası 10-cu,  Abdulla Qədimbəylinin çıxış etdiyi "Gökay Vakfı SK" klubu isə 3 xalla sonuncu, 13-cü olmuşdur. скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss