SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Əhsən qızlar! (Avropada tarixi uğur)

Çexiyanın paytaxtı Praqada qadınlar arasında şəxsi Avropa çempionatı başa çatdı.

   Sevindirici haldır ki, sonda qitə birinciliyi şahmatçılarımız üçün uğurlu bitdi. Birdən birə iki şahmatçımız mükafatçılar sırasına düşə bildi. Ölkə qadın şahmatının flaqmanı  Günay Məmmədzadə Avropa çempionatının gümüş, Ülviyyə Fətəliyeva isə bürünc medalların sahibləri olublar. Qeyd edək ki, bu medallar Azərbaycan şahmatçılarının şəxsi Avropa Çempionatlarında qazandıqları ilk medallar idi. Avropa Çempionu adını isə, turnirdə Günay Məmmədzadəyə yeganə məğlubiyyət yaşadan polşalı Monika Soçko oldu. 

  Digər şahmatçıların çıxışına gəlincə, təcrübəli şahmatçımız Gülnar Məmmədova 15-ci, yığma komandamızın üzvləri Gövhər BeydullayevaXanım Balacayeva müvafiq olaraq 19 və 20-ci, çempionat boyu 3 qrossmeysteri məğlub etməyi və öz reytinqini 95 xal artırmağı bacaran 18 yaşlı şahmatçımız Ləman Hacıyeva 23-cu, Səbinə İbrahimova isə çempionatı 52-ci pillələrdə bitiriblər.    





скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss