SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

“Shusha Chess 2022”in iştirakçıları məlum oldu

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçiriləcək ilk beynəlxalq şahmat turnirinin iştirakçıları təsdiqlənib.

  Görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunan “Shusha Chess 2022” beynəlxalq şahmat turniri iki kateqoriyada - kişilər və qadınlar arasında keçiriləcək. Hər kateqoriya üzrə 10 şahmatçı rapid və blits üzrə mübarizə aparacaq.
   Kişi şahmatçıların yarışında Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Qədir Hüseynov, Rauf MəmmədovVasif Durarbəylidən başqa, çinli Vanq Xao, hindistanlı Santoş Gujrathi Vidit, iranlı Parham Maqsudlu, Türkiyə çempionu Mustafa Yılmaz əfsanəvi özbək şahmatçı Rüstəm Kasımcanov iştirak edəcək.
    Qadınların yarışında isə, milli komandamızın üzvləri Günay Məmməzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva ilə yanaşı Gürcüstanın ən güclü şahmatçısı Nana Dzaqnidze, israilli Marsel Efroimski, polşalı Jolanta Zavadzka, bolqarıstanlı şahmat ulduzu Nurgül Səlimova  Türkiyə çempionu Kübra Öztürk Örenli mübarizə aparacaqlar.
   Qeyd edək ki, “Shusha Chess 2022” beynəlxalq şahmat turniri 21-24 sentyabr tarixlərində keçiriləcək.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss