SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Respublika Şahmat Olimpiadası başa çatdı

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə Zaqatala Olimpiya Kompleksində keçirilən 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasına yekun vurulub.
 

  Olimpiadada yarışlar iki yaş kateqoriyası üzrə A qrupu (12-16 yaş)B qrupu (12 yaşadək) üzrə təşkil olunmuşdur.
  Olimpiadanın A qrupunda mübarizə aparan Şəki şahmatçısı İslam Hacıəliyev 11 oyundan 9.5 xal toplayaraq 1-ci yerin sahibi olub. 2-3-cü yerləri Sumqayıt şahmatçıları Əli Həsənov ( 9 xal) və Musa Taklavi (8.5 xal) tutub. Amin Novruz Qurbanov Rüstəm Rüstəmov hərəyə 8.5 xal toplayaraq müvafiq olaraq 4-5-ci pillədə qərarlaşıblar.
  B qrupunda çempion adını 9.5 xal toplayan Murad Rzayev qazanıb. Şəmsəddin Mehdiyev (Balakən) 9 xalla 2-ci, onunla eyni xal toplayan Cavad Xəlilzadə (Bakı) isə 3-cü olub. Suat İbrahimli,Yusif Babayev, Əsnad Baxşızadə Mikayıl Şirinov 9 xalla əlavə göstəricilə görə 4-7-ci yerləri bölüşdürüblər.
  Eyni zamanda komanda hesabında A qrupunda 1-ci yeri Sumqayıt komandası, 2-ci yeri 3 N-li UGİŞM, 3-cü yeri Gəncə komandası, B qrupunda isə 1-ci yer RŞM, 2-ci yer 4 N-li UGİŞM, 3-cü yeri Vüqar Həşimov komandası tutub.
   Qeyd edəki, olimpiadada ölkənin bütün şəhər və rayonlarının eləcə də şahmat məktəbləri, şahmat klubları və idman cəmiyyətlərinin 16 yaşadək oğlan və qız şahmatçıları iştirak edib. Ümumilikdə turnirdə 503 yeniyetmə mübarizə aparıb. İsveçrə sistemi üzrə 11 turdan ibarət yarış şəxsi-komanda xarakteri daşıyıb.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss