SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Maqnus Karlsen Nimana görə turniri tərk etdi!

ABŞ-da keçirilən Sent-Lyuis şahmat festivalında yaşanan qalmaqal səngimək bilmir. 

    Xatırladaq ki, turnirin üçüncü turunda amerikalı şahmatçı Hans Niman dünya çempionu Maqnus Karlsenə heç bir şans vermədən onu məğlub etmişdir. Partiyadan sonra Maqnus açıq danışmaqdan yayılsa da, sosial şəbəkələr vasitəsilə etdiyi paylaşımında bu məğlubiyyətində qeyri adi nəyinsə olduğuna işarə vurmuşdur. Maqnus məşhur futbol məşqçisi Joze Maurinyodan sitat gətirərək: "Danışa bilmərəm, danışsam böyük problemlərim olacaq" ifadəsini işlətmişdir.
  Əsl hadisələr elə bundan sonra başladı. Bu paylaşımından sonra, dördüncü turda həmyerlimiz Şəhriyar Məmmədyarovla qarşılaşmalı olan Karlsen, oyuna çıxmayaraq yarışdan çəkildiyini elan etdi. Elə həmin gün, Maqnusun deyə bilmədiyini daha bir məşhur şahmatçı Hikaru Nakamura dedi. Nakamura eyni ölkəni təmsil etdiklərinə baxamayaraq, Nimanı əlavə vasitələrdən istifadə etməkdə açıq ittiham edib: "Bu haqda danışmağım doğru olmasa da deyəcəm. Nimanın vaxtları olub ki, Chess.com onu çitterliyə görə altı aylıq diskvalifikasiya etmişdir. Həmin oyuna gəlincə, düzdür Maqnus yaxşı oynamırdı, amma mən heç vaxt görməmişdim ki, Karlsenin qələbə üçün bir şansı belə olmadan o məğlub olsun" 
 Fikirlərinə davam edən Hikaru Nakamura, Nimanın 13-cü gedişinə də toxundu: "Qəribədir, 13-cü gedişdə əzbər olan Fil e6 (13....Fe6) gedişinə Niman 10 dəqiqədən artıq vaxt sərf edib. 10 şahmatçıdan 9-u bu gedişi avtomatik olaraq edir. Firuzca ilə partiyadan sonra Nimanın studiyaya gəlməyini gözlədim və  onun partiya haqqında fikirlərini diqqətlə dinlədim. Bu analiz 2700 reytinqi olan şahmatçının səviyyəsi deyildi".
  Qeyd edək ki, amerikalı Hans Niman cəmi bir il ərzində ELO reytinqini 2480-dən 2688-ə çatdıraraq şahmat aləminin diqqətini özünə cəkmişdir. Buna səbəb isə, onun qaranlıq keçmişidir. Niman 12 və 16 yaşında ikən iki dəfə dünyanın ən böyük onlayn şahmat platforması olan Chess.com-dan çitterliyə görə diskvalifikasiya edilərək onu oradakı profili bloklanmışdır. Məhz bu amilə görə şahmatçılar Nimanın son bir ildəki çıxışına şübhə ilə yanaşır.   
 

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss