SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Firuzca qalmaqallı turnirin qalibi oldu

ABŞ-nın Sent-Lyuis şəhərində "Grand Chess Tour" şahmat superseriyasının son turniri olan qalmaqallı "Sinquefield Cup" başa çatdı.

  Xatırladaq ki, sözügedən turnirdə qalmaqal üçüncü turda yaranmışdı. Amerikalı şahmatçı Hans Nimanla dünya çempionu Maqnus Karlsen arasında keçirilən partiya birincinin qələbəsi ilə nəticələnmişdir və bu qələbənin təmizliyinə şübhə edən Karlsen həmin partiyadan sonra turnirdəki iştirakını dayandırmışdır. Həmin qarşılaşmadan sonra yarışda anti-çitter tədbirləri gücləndirildi və Maqnusun oynadığı üç oyunun nəticələri də ləğv olundu. Şahmatçılar və şahmata yaxın adamlar bu qalmaql ətrafında kifayət qədə geniş müzakirələr apardı. Onu da qeyd edək ki, qalmaqalın mərkəzində olan Hans Niman məhz həmin qarşılaşmadan sonra bir qələbə belə qazana bilməmişdir (4 heç-heçə, 2 məğlubiyyət).
  Şahmat aləminin və şahmatçıların başı bu qalmaqala qarşıdığı bir vaxtda Fransanı təmsil edən gənc şahmatçı Əlirza Firuzca diqqətini öz oyununa yönəldərək sonda çox güclü turnirin qalibi oldu. Tay-brekdə rus Yan Nepomnyaşiyi məğlub edən Əlirza, qələbədən başqa 87 500 dollar məbləğində mükafatın sahibi də oldu. Ümumi hesabda da birinci olan Firuzca əlavə olaraq 100 000 dollar məbləğində bonus da qazanaraq, ABŞ-dan 187 500 dollarla ayrılır.
  Qeyd edək ki, yarışda iştirak edən və 2.5 xalla 8-ci olan həmyerlimiz Şəhriyar Məmmədyarov 14 500 dollar mükafatın sahibi oldu. Məmmədyarovun seriyadakı ümumi qazancı isə 46 750 dollar təşkil etdi.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss