SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Naxçıvanda hazırlıqla bağlı müşavirə keçirildi

Naxçıvan Muxtar Respublikasının ev sahibliyi edəcəyi 16 yaşlılar arasında Ümumdünya Şahmat Olimpiadasının təşkilatçılığı ilə bağlı müşavirə keçirilib.

  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açıb, muxtar respublikada şahmatın inkişafı sahəsində görülən işlərdən bəhs edib. Naxçıvan Şahmat Federasiyasının sədr müavini, Təşkilat Komitəsinin üzvü Emin Hacıyev isə öz çıxışında olimpiadaya hazırlıq işləri ilə bağlı geniş məlumat verib. Qeyd olunub ki, Naxçıvan Şahmat Mərkəzində təmir işləri aparılıb, FIDE-nin standartlarına uyğunlaşdırılıb, elektron şahmat lövhələri alınıb. Olimpiadanın rəsmi internet səhifəsi və əsasnaməsi hazırlanaraq Beynəlxalq Şahmat Federasiyasına göndərilib və məlumatlar federasiyanın rəsmi internet səhifəsində yerləşdirilib. Bu günədək 25 ölkədən 34 komanda qeydiyyatdan keçib.
  Azərbaycan Şahmat Federasiyasının prezidenti, Təşkilat Komitəsi Sədrinin müavini Mahir Məmmədov olimpiadaya yüksək səviyyədə hazırlığa görə Ali Məclisin Sədrinə minnətdarlıq edib, Naxçıvanda ölkə səviyyəli yarışlarla yanaşı, dünya səviyyəli turnirlərin da təşkil olunduğunu, Naxçıvan Şahmat Mərkəzinin müasir səviyyədə qurulduğunu, oyunların keçirilməsi, hakimlərin təşkilatlanma və idarəetməsi, azarkeşlərin rahat şəkildə oyunları izləməsi üçün bütün şəraitin olduğunu bildirib, olimpiadaya hazırlıq və yarışların keçirilməsi ilə bağlı məsələlərdən danışıb.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası bu ilin oktyabrında təşkil olunacaq.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss