SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Ayan Dünya ikincisi oldu!

Rumıniyanın Mamaya şəhərində 14,16 və 18 yaşlı şahmatçılar arasında keçirilən dünya çempionatı başa çatdı.

  Sevindirici haldır ki, Azərbaycan bu dünya birinciliyində medalsız qalmadı. Qızların U-18 yaş kateqoriyasında mübarizə aparmış şahmatçımız Ayan Allahverdiyeva, yekunda 8.5 xalla dünya çempionatının gümüş medalının sahibi oldu. Ayanın bu turnirdə daha bir uğuru isə, onun beynəlxalq reytinqi ilə bağlıdır. Allahverdiyeva 11 tur ərzində göstərdiyi inamlı oyunu sayəsində öz reytinqini 125 punkt artırmağı bacardı. 

  Digər təmsilçilərimizdən Nərmin Abdinova, Şiroğlan TalıbovXəzər Babazadə müxtəlif yaş kateqoriyalarında ilk onluqda qərarlaşıblar.
  Qeyd edək ki, şahmatçılarımız sonuncu dəfə dünya çempionatlarında bu yaş kateqoriyasında 2013-cü ildə uğur qazanmışdır. Həmin il Səbinə İbrahimova üçüncü yeri tutmuşdur. Ayan Allahverdiyavanın özünə gəlincə isə, o 2018 və 2019-cu illərdə 14 yaşlı qızlar arasında Avropa çempionu adını qazanmışdır. Daha iki dəfə isə Avropa çempionatlarının mükfatçısı olmuşdur. 
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss