SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

“Shusha Chess 2022”-in rəsmi saytı istifadəyə verilib

21-25 sentyabr 2022-ci il tarixlərində Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçiriləcək  “Shusha Chess 2022” beynəlxalq şahmat turnirinin rəsmi saytı istifadəyə verilib.

  Chess.az xəbər verir ki, yeni istifadəyə verilmiş Shushachess.com saytında görkəmli şair və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuş turnirlə bağlı ən son xəbərlər, turnir cədvəli və canlı yayım linkləri ilə bərabər, Azərbaycanın incisi olan Şuşa şəhəri haqqında geniş məlumat yer alır. 
  Qeyd edək ki, “Shusha Chess 2022” beynəlxalq şahmat turniri 21-24 sentyabr tarixlərində Şuşa şəhərində yerləşən “Qarabağ” otelində keçiriləcək. Bu turnir nəinki Şuşada, ümumilikdə Qarabağda FİDE bayrağı altında keçiriləcək ilk rəsmi beynəlxalq şahmat turniri olacaq. Yarış şahmatın rapid və blitz növləri üzrə oynanılacaq.  
   “Shusha Chess 2022” iki kateqoriya üzrə keçiriləcək. Kişilər və qadınlar arasında. Hər kateqoriyada 10 şahmatçı mübarizə aparacaq.
   Kişilərin yarışında Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Qədir Hüseynov, Rauf Məmmədov və Vasif Durarbəylidən başqa, çinli Vanq Xao, hindistanlı Santoş Gujrathi Vidit, iranlı Parham MaqsudluTürkiyə çempionu Mustafa Yılmaz və əfsanəvi özbək şahmatçı Rüstəm Kasımcanov iştirak edəcəklər.
    Qadınların turnirində isə, milli komandamızın üzvləri Günay Məmməzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva ilə yanaşı Gürcüstan şahmatçıları Nana Dzaqnidze və Meri Arabidze, israilli Marsel Efroimski, polşalı Jolanta Zavadzka  Türkiyə çempionu Kübra Öztürk Örenli mübarizə aparacaqlar.  
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss