SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Fərid Qayıbov: “Shusha Chess” turnirinin ənənəvi olmasını istəyirik"

Şuşa, 21 sentyabr, Səxavət Quliyev, AZƏRTAC

“Shusha Chess” turnirinin ənənəvi olmasını istəyirik. Növbəti illərdə bu yarışın davamlı olması üçün əlimizdən gələni edəcəyik.

AZƏRTAC xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov “Shusha Chess-2022” beynəlxalq şahmat turnirinin açılış mərasimindən sonra jurnalistlərə müsahibəsində deyib.
Nazir bildirib ki, 2022-ci il ölkəmizdə "Şuşa ili" elan olunub. “Artıq Şuşada ikinci beynəlxalq turnir təşkil olunur. İlk olaraq “Əziz Şuşa” beynəlxalq velosiped yarışı təşkil olunub. Bu dəfə şahmatçılar Şuşada yığışıblar. Dəvətimizi qəbul edən ölkələrə təşəkkür edirəm. Digərləri də gələ bilərdilər. Turnirdə iştirakçı sayı 9-dur. Bu, ilk yarış üçün yaxşı rəqəmdir. Suqovuşanda avarçəkmə turniri keçirmişdik və ilk yarış olmasına baxmayaraq, orada da kifayət qədər ölkə var idi. Əsas başlanğıcdır. Biz bu il bunu etdik. Azərbaycan Şahmat Federasiyasına və bütün tərəfdaşlara yarışın keçirilməsində dəstək olduqları üçün minnətdarlığımı bildirmək istəyirəm”, - deyə F.Qayıbov bildirib.
“Shusha Chess-2022” turniri iki kateqoriyada - kişilər və qadınlar arasında təşkil olunub. Doqquz ölkədən qatılan şahmatçılar rapid və blits üzrə yarışacaqlar. Həm kişilər, həm də qadınların yarışında qalib rapid və blits turnirlərindəki xallarının cəminə əsasən müəyyən ediləcək. Turnirin ümumi mükafat fondu 150 min manat təşkil edir.
Xatırladaq ki, “Shusha Chess-2022” beynəlxalq turnirinin baş sponsoru SOCAR, sponsoru Cənubi Qafqaz regionunun ən aparıcı banklarından biri ABB, tərəfdaşı isə “Azərxalça” ASC-dirскачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss