SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Şəhriyar Məmmədyarov "Shusha Chess 2022" turnirinin qalibi oldu!

Bu dəqiqələrdə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilən “Shusha Chess 2022” beynəlxalq şahmat turnirinə yekun vuruldu.

  Chess.az xəbər verir ki, bu dəqiqələrdə başa çatan turnirin nəticələrinə uyğun olaraq həmyerlimiz Şəhriyar Məmmədyarov rəqiblərinə heç bir şans verməyərək "Shusha Chess 2022" beynəlxalq şahmat turnirinin qalibi oldu. Son turda Şəhriyarı məğlub edən hindistanlı Vidit Santoş yarışı ikinci pillədə bitirdi. Üçüncü yerin sahibi isə iranlı Parham Maqsudlu oldu. 

 Qadınların yarışı isə gözlənildiyi kimi Gürcüstan şahmatçılarının benefisi ilə nəticələndi. Yarışa bolqar Nurgül Səlimovanın əvəzinə qatılan  Meri Arabidze yarışın qalibi oldu. Onun həmyerlisi Nana Dzaqnidze isə "Shusha Chess 2022" turnirini ikinci pillədə bitirdi. Turnirin bürünc mükafatçısı isə Türkiyə şahmatçısı Kübra Öztürk Örənli oldu.  
 скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss