SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Ş.Məmmədyarov :"Mən bu qələbəmi onlara həsr edirəm"

Şuşada başa çatan "Shusha Chess 2022" şahmat turnirinin qalibi olmuş qrossmeysterimiz Şəhriyar Məmmədyarov bağlanış mərasimində çıxış edib. 

  Chess.az xəbər verir ki, Məmmədyarov öz çıxışında təşkilatçılıq və qələbəsi haqqında söz açıb:«Şuşa turnirinin qalibi olmaq qürurvericidir. Biz artıq yaşlanırıq. Əvvəlki kimi tez tez turnirlərdə qalıb gələ bilmirik. Xoşbəxtəm ki, bu turnirin qalibi ola bildim. Bu yariş təşkilatçılığa görə dünyanın aparıcı turnirlərdən geri qalmırdı. Bu təşkilatçılığa və bizə daimi göstərdiyi dəstəyə görə Mahir Məmmədova öz təşəkkürümü bildirirəm. Mən bu qələbəmi iki yaxın dostuma həsr etmək istəyirəm. Onların adları Fərid və Qubad idi. Biri yaxın dostum, digəri isə həyat yoldaşımın dayısı oğlu idi və onunla da yaxın dost idim. Onların hər ikisi 2020-ci ilin noyabrın 7-də məhz burada, Şuşada şəhid olublar. Mən bu qələbəmi onlara həsr etmək istəyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin».скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss