SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

N.Qaprindaşvilli:" Mən Şuşadan yaxşı əhval-ruhiyyədə ayrılıram"

Şuşada başa çatmış “Shusha Chess 2022” şahmat turnirinin bağlanış mərasimində əfsanəvi gürcü şahmatçı Nona Qaprindaşvilli ilə qısa söhbət etmək imkanımız oldu.
  

  Yarışa xüsusi qonaq qismində dəvət olunan Qaprindaşvilli, Şuşaya səfərinin təsüratlarını bizimlə bölüşərkən Şuşa və ümumilikdə turnir haqqında bunları deyib:”Azərbaycanda şahmat çox yaxşı səviyyədədir. Mən Şuşadan yaxşı əhval-ruhiyyədə ayrılıram. Mən ümumiyyətlə gözəl yerlərdən və gözəl turnirlərdən pozitiv enerji alıram.Bu mənim ömrümü uzadır. Şuşa çox gözəl şəhərdir. Burada gördüyüm insanların da hamısı çox yaxşı və gülərüz idi. Düşünürəm ki, belə turnirlər təşkil etmək üçün bu bəs edir. Turnirin açılış və bağlanış mərasimi də çox xoşuma gəldi.  Mən gələcəkdə də Azərbaycanda keçiriləcək turnirlərdə iştirak etmək arzusundayam”. 
  Qeyd edək ki, “Shusha Chess 2022” qadınların turnirində ilk iki pilləni gürcü şahmatçılar Meri Arabidze və Nana Dzaqnidze tutublar. Nona Qaprindaşvilli onların uğurlu çıxışının onun üçün sürpriz olmadığını qeyd edərək, Azərbaycan şahmatının bu gününü də qısa şərh etdi :”Mən Meri və Nananın çıxışını normal hesab edirəm. Onlar çox güclü şahmatçılardır və onların nəticəsi mənim üçün sürpriz olmadı. Sizdə də həmişə çox güclü şahmatçılar olub. Xüsusilə kişi şahmatçılarınız çox güclüdür. Şəhriyar bunu bu gün bir daha sübut etdi. Mən Azərbaycana şahmatçı kimi dəfələrlə gəlmişdim və o oyunları çox gözəl xatırlayıram. Azərbaycanlılara qarşı oyunamaq həmişə çox çətin olub. Bu idman növü sizdə çox yaxşı inkişaf edir. Ümid edirəm ki, bu inkişafın nəticəsi tezliklə öz bəhrəsini verəcək və hətta deyərdim verməyə də başlayıb. Azərbaycanlı qızların son olimpiada və şəxsi Avropa çempionatında çıxışı bunun bariz nümunəsidir”.
  Daha sonra təşkilatçılara və xüsusilə AŞF-nın prezidenti Mahir Məmmədova bu gözəl yarışa görə bir daha öz təşəkkürünü bildirən xanım Qaprindaşvilli maraqlı bir məqama da toxundu: “Dünən Gürcüstan yığması oyunayırdı. Mənim istəyimi nəzərə alıb qaldığımız oteldə böyük ekran təşkil etdilər ki, mən rahat fubolçularımızın qələbəsini izləyə bilim. Bizimkilər 2:0 uddu”.

   Xatıraldaq ki, 23 sentyabr tarixində futbol üzrə Gürcüstan yığması Şimali Makedoniya komandasını 2:0 hesabı ilə məğlub etmişdir. скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss