“Shusha Chess 2022” beynəlxalq turnirinin iştirakçısı, Azərbaycan milli komandasının üzvü Gövhər Beydullayeva yarışla bağlı fikirlərini açıqlayıb.
Təşkilatçılığı yüksək qiymətləndirən gənc şahmatçı Azərbaycan üçün yarışın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Əminəm ki, Şuşada ilk beynəlxalq şahmat yarışı heç vaxt unudulmayacaq. Bu yarış Azərbaycan üçün çox vacibdir. İlk dəfə olmasına baxmayaraq təşkilatçılıq ideal idi. Şahmatçılara lazımi şərait yaradılıb. Əcnəbi şahmatçılar Şuşada təşkilatçılıqdan razıdırlar. Yarışın reallaşmasında əməyi olan bütün təşkilatçılara çox sağ ol deyirik. Şuşada şahmat turnirlərinin tez-tez olmasını arzulayırıq”.
25-09-2022, 12:09