SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Onu bağışlamaq olar mı? Hans Nimanın hekayəsi

Son bir ayda dünya şahmat ictimaiyyətini zəbt edən əsas məsələ sössüz ki, Maqnus Karlsen - Hans Niman qalmaqalıdı.

    Xatırladaq ki, ötən ay ABŞ-ın Sent-Lyuis şəhərində keçirilən "Sinquefield Cup" turnirinin üçüncü turunda, gənc amerikalı şahmatçı Hans Niman dünya çempionu Maqnus Karlsenə heç bir şans verməyərək onu qara fiqurlarla məğlub etmişdi. Partiyadan sonra Karlsen açıqlama verməsə də, sosial şəbəkələrdə etdiyi paylaşımında bu məğlubiyyətində qeyri adi nəyinsə olduğuna işarə vurmuşdu. Maqnus məşhur portuqaliyalı futbol mütəxəssisi Joze Maurinyodan sitat gətirərək: "Danışa bilmərəm, danışsam böyük problemlərim olacaq" ifadəsini işlətmişdir. 
  
Əsl hadisələr elə bundan sonra başladı. Məlum statusdan sonra, dördüncü turda həmyerlimiz Şəhriyar Məmmədyarovla qarşılaşmalı olan Maqnus Karlsen, oyuna çıxmayaraq yarışdan çəkildiyini elan etdi. Elə həmin gün, Maqnusun deyə bilmədiyini daha bir məşhur şahmatçı Hikaru Nakamura deməyə çalışdı. 
 Nakamura eyni ölkəni təmsil etmələrinə baxamayaraq, Nimanı əlavə vasitələrdən istifadə etməkdə açıq şəkildə ittiham edib: "Bu haqda danışmağım doğru olmasa da deyəcəm. Nimanın vaxtları olub ki, Chess.com onu çitterliyə görə altı aylıq diskvalifikasiya etmişdir. Həmin oyuna gəlincə, düzdür Maqnus yaxşı oynamırdı, amma mən heç vaxt görməmişdim ki, Karlsen qələbə üçün bir şansı belə olmadan məğlub olsun".  
  
Fikirlərinə davam edən Hikaru Nakamura, Nimanın 13-cü gedişinə də toxundu: "Qəribədir, 13-cü gedişdə əzbər olan Fil e6 (13....Fe6) gedişinə Niman 10 dəqiqədən artıq vaxt sərf edib. 10 şahmatçıdan 9-u bu gedişi avtomatik olaraq edir. Firuzca ilə partiyadan sonra Nimanın studiyaya gəlməyini gözlədim və onun partiya haqqında fikirlərini diqqətlə dinlədim. Bu analiz 2700 reytinqi olan şahmatçının səviyyəsi deyildi".
  
Qeyd edək ki, amerikalı Hans Niman iki il ərzində öz ELO reytinqini 2480-dən 2688-ə çatdıraraq şahmat aləminin diqqətini özünə cəkmişdir. Aşırı diqqətin səbəbi isə, onun "qaranlıq keçmişidir". Niman 12 və 16 yaşında ikən iki dəfə dünyanın ən böyük onlayn şahmat platforması olan Chess.com-dan çitterliyə görə diskvalifikasiya edilmişdir və onun oradakı profili bloklanmışdır. Maraqlısı odur ki, Niman bu faktı heç vaxt danmayıb və belə hadisələrin baş verdiyini təsdiqləyir. Məhz bu kimi amillər şahmatçılar və şahmat ictimaiyyəti Nimanın son iki ildəki inanlmaz çıxışına şübhə ilə yanaşmağa vadar edir. 
  Bir aya yaxındır susan dünya çempionu Maqnus Karlsen da nəhayət susqunluqunu pozaraq məsələ ilə bağlı açıqlama yaydı. Yaydığı açıqlamada Karlsen Nimanı açıq şəkildə hiylə işlətməkdə ittiham etdi. 
M.Karlsen "Keçmişdə hiyləgərlik edən adamla oynamaq istəmirəm. Çünki gələcəkdə onların nəyə qadir olduqlarını bilmək olmaz. "Sinquefield Cup"-da mən çox ciddi qərar qəbul etdim. Nimanla partiyadan sonra turnirdəki çıxışımı yarımçıq dayandırmaq qərarına gəldim. Bir həftə sonra "Cheampions Chess Tour" onlayn şahmat turnirində cəmi bir gediş edib oyunu tərk etdim. Mən bu hərəkətimlə şahmat ictimaiyyətini üzdüyümü anlayıram. Buna görə üzgünəm. Amma mən şahmat oynamaq istəyirəm. Mən davam etmək istəyirəm, ən yüksək səviyyəli yarışlarda yüksək səviyyədə çıxış etmək istəyirəm. Düşünürəm ki, şahmatda dələduzluq böyük problemdir və bu oyun üçün təhlükədir. Yarış təşkilatçıları da bundan sonra daha diqqətli olmalıdır. Çitterliyə qarşı tədbirlər gücləndirilməlidir. Təşkilatçılar Nimanı son anda yarışa dəvət edəndə mən oynamaqdan imtina etmək istəyirdim. Amma sonra düşünüb yarışda iştirak edəcəyimə qərar verdim. Düşünürəm ki, Niman boynuna aldığından daha çox hiyləgərlik edib. Onun inkişafı qeyri adididr. O mənimlə oyunda gərgin deyildi və hətta oyuna köklənməmişdir də. O məni qara fiqurlarla elə məğlub edirdi ki, sanki bunu bir dəstə qrossmeyster birləşib bir yerdə edirdi. Açıq elan edirəm. Mən Nimanla oynamaq istəmirəm! Ümid edirəm ki, məsələ ilə bağlı bütün həqiqətlər tezliklə ortaya çıxacaq".

 Bəs HANS MOK NİMAN kimdir? 
 Gəlin onu biraz yaxından tanıyaq və bu fantastik sıçrayışın real olub olmadığını qısa da olsa analiz edək.  

  İki il öncə onun adı dünya reytinq sıralamasının ilk minliyinini son sıralarında idi. İndi isə Nimanın ilk 50-də olmasında qeyri adilik varmi? 

  Bəli, ilk baxşıdan bu çox qeyri adi görünür. Ancaq bu fantastik sıçrayışı dərk etmək üçün Nimanın hekayəsini izləyək və sonra qərarımızı verək.


   Hans Niman 2003-cü ildə San-Fransiskoda anadan olub. Onun anası əslən Danimarkadan, atası isə Havay adalarındadar. Onların hər ikisi də İT mütəxəssisi kimi çalışır. İşlə bağlı onlar uzun müddət Niderlandda yaşamalı olublar. Hans şahmatın sirrlərini səkkiz yaşında məhz Niderlandda öyrənməyə başlaməşdər. Bu yaşda şahmata başlamaq digər qrossmeysterlərlə müqayisədə çox gec olsa da, hər halda burada qeyri adi heçnə yoxdur. Şahmat dünyası bu idman növünə daha gec başlayan ulduzlar da görüb. Məsələn elə bizim həmyerlimiz Şəhriyar Məmmədyarov. Şəhriyar şahmata 9 yaşında başlayıb. Niderlandda olarkən Niman şahmat karyerasında ilk üzüntüsünü yaşayıb. Hansın məşqçisi onu adını ölkə çempionatının iştirak ərizəsinə salmadığına görə, Hans ruhdan düşdü və şahmatdan ayrılaraq gününü velosiped sürməklə keçirməyə başladı.("Chess Life" jurnalına müsahibəsindən).  

   Bir ilə yaxın şahmatdan ayrı qalan Niman, doqquz yaşında ikən ailəsi ilə birlikdə yenidən ABŞ-a qayıdır və burada yenidən şahmatla məşqul olmağa başlayır:
H.Niman: "ABŞ-a qayıtdığım ilk ilimdə 100-dən artıq turnirdə iştirak etdim". Hans Niman "Chess Life" jurnalına verdiyi müsahibəsində rusəsilli ABŞ qrossmeysteri Maksim Dluqinin sayəsində yüksəlişə başladığını qeyd edərək, məşqçisi haqqında bunları deyib: "O, ənənəvi sovet şahmat məşqçisi idi. O, mənə çox şey öyrətdi. O verdiyi məlumatları mən süngər kimi beynimə hopdururdum. Onun sayəsində mən oyunumun səviyyəsini xeyli artırıb, reytinqimi 2400 ELO xalına qədər yüksəltdim".  

Bu cür sürətli yüksəlişdən sonra Nimanın performansınında nisbi durğunluq yarandı. Məşqlərə çox az vaxt ayırmağa başlayan Hans, əsas vaxtını İPad, NeftlixAmerika futboluna xərcləyirdi. Onun şahmata gündəlik ayırdığı vaxt cəmi 10-15 dəqiqə təşkil edirdi. Bu vaxtı da o Harri Kasparovun kitablarını oxumağa həsr edirdi. Nimanın həyatında dönüş nöqtəsi onun 16 yaşı olanda baş verdi. Hans şahmatda göstərdiyi nəticələri sayəsində Dövlət liseyində təqaüd qazanır və Nyu-Yorka köçür. "Böyük imkanlar şəhərində" Niman liseylə bərabər məşçilik edirdi və Twitch Tv-də paylaşığı videolar və etdiyi yayımlar  sayəsində pul qazanmağa başlayır. Lakin o bir anda hər şeyin üstündən xətt çəkərək, peşakar şahmatçı olmaq qərarına gəlir.

  16 yaşında ikinci dəfə professional şahmat dönən Hans Niman məqsədinə çatmaq üçün həyatını tam dəyişir. O səhər 7-də yuxudan oyanırdı, üzürdü, sonra isə gündəlik olaraq 10-12 saat şahmatla məşqul olurdu. Onu sözlərinə görə o andan etibarən onun başqa bir həyatı olmadı və hələ də yoxdur. O çox çalışdı, çox oynadı və 2020-ci ilin oktyabrında 2465 Elo xalı ilə dünyanın ən yaxşı 1 000 oyunçu sırasına daxil oldu. Bu gün isə o dünya reytinq sıralamasında 49-cudur və 2688 ELO xalına malikdir.
  Nimana şübhə ilə yanaşanlarla bərabər onun uğuruna inananlar da kifayət qədər çoxdur. Eks-dünya çempionu və FİDE-nin vitse-prezidenti hindistanlı Vişvanatan Anand da onlardan biridir. Anand Hans Nimanın bu yüksəlişini normal hesab edir: “Dramatik sıçrayışlar edən çoxlu perspektivli gənc oyunçular olur. Məhz buna görə onun bu yüksəlişini xüsusi fərqləndirməzdim".


  Şəkildə gördüyünüz kimi 2475-dən 2675-ə qədər Nimandan dəha sürətli sıçrayış edən qrossmeysterlər olub. Məsələn elə Maqnus Karlsenin özünü və tanınmış niderlandlı şahmatçı Aniş Girini göstərmək olar. 

  Yani, Niman ortabab şahmatçıdırsa, bəli, onun bu sıçrayışını qeyri adi hesab etmək olar. Lakin o Karlsen və ya Giri kimi istedadlı şahmatçıdırsa,  o zaman onun belə fantastik nəticələr göstərməkdə qeyri adi heçnə yoxdur.  



  Hans Nimanın reytinqdəki irəliləyişi onunla parallel yetişən digər gənc şahmat ulduzları ilə müqaisədə necə görünür? Qeyd edək ki, Hans Niman və hindistanlı Arcun Eriqaisi eyni yaşdadırlar.  Cədvəldən də göründüyü kimi Arcunun qrafiki Nimandan daha sıldırımlı görünür və o hazırda Hindistan kimi güclü şahmat ölkəsinin ikincisidir. Amma nədənsə onun hər hansı hiylə işlətməyi ilə bağlı danışan yoxdur.




  Əminliklə söyləmək olar ki, Hans Niman və bu qalmaqal bərəsində hələ çox danışılacaq. Təbii ki, bu kimi qalmaqallar şahmatçının psixoliji durumuna da öz təsirini göstərəcək. Əgər Niman həqiqətən də şahmat dahisidirsə, ümid edək ki, o bu çox çətin vaxtları adlayıb öz karyerasına davam edə bilər.  

  Bəs belə deyilsə? Bəli, əgər Hans Nimanın hər hansı kənar vasitələrdən istifadəsi sübuta yetirilərsə, bu dünya şahmat tarixində ən böyük qalmaqal kimi yadda qalacaq. Əgər belədirsə, onu bağışlamaq olar mı? 

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss