SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"European Club Cup": Məmmədyarov vətənə bürünc medalla qayıdır

Bu gün Avstriyanın Mayrhofen şəhərində klublar arasında Avropa kuboku başa çatdı.

NƏTİCƏLƏR (KİŞİLƏR)
NƏTİCƏLƏR (QADINLAR)

  Təəsüf ki, avrokuboklarda təmsil olunan iki klubumuzdan heç biri ilk üçlüyə düşə bilmədi. Kişilərin turnirində mübarizə aparan ötənilki Avropa kubokunun bürünc mükafatçısı “Vüqar Həşimov” Ş.K  bu il yalnız onuncu ola bildi. Sözügedən yarışın qalibi isə Çexiyanın "Novy Bor" komandası oldu. Heyətində cəmi bir fransızı olan Fransanın "Clichyu-Echecs 92" komandası ikinci, Şəhriyar Məmmədyarovun da şərəfini qoruduğu Almaniyanın "Varinheym" kollektivi isə üçüncü pillənin sahibi oldular.
  Kişilərin yarışında olduğu kimi, qadınların turnirində də uğur qazana bilmədik. "Odlar Yurdu" kollektivi Avropa kubokunu altıncı pillədə bitirdi. Yarışın qalibi Avstriyanın "Pamhagen" komandası oldu. Rumıniyanın "Superbet" Monakonun "Cercle Echecs" kollektivləri isə müvafiq olaraq ikinci və üçüncü pillələrin sahibləri oldular. 
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss