SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Nakhchivan 2022" : Türkiyə olimpiadanın qalibi oldu!

Sabah Naxçıvanda 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadasına yekun vurulacaq. 

CANLI
   Chess.az xəbər verir ki, son oyun günündə olimpiadada iştirak edən altı komandamızdan yalnız birinin medal şansı qalıb.  Azərbaycanın birinci komandası son tura dördüncü pillədə gəlir. Komandamız hazırda üçüncü olan Hindistan yığması ilə eyni xala malik olsa da (11 xal), əlavə göstəricilərə görə onlardan geri qalır. 

 Həlledici turda yığmamız Türkiyə-Anatoliya yığması ilə, medallar uğrunda əsas rəqibimiz olan Hindistan kollektivi isə Türkiyənin əsas komandası ilə üz-üzə gələcəklər. 
  Qeyd edək ki, qardaş ölkədə yaşayan həmyerlimiz Cəmil Ağamalıyevin baş məşqçisi olduğu Türkiyə yığması, sona bir tur qalmış olimpiadanın qızıl medallarını artıq özünə təmin edib. Son turdan öncə ən yaxın izləyicisi olan Özbəkistan yığmasını 3 xal qabaqlayan türklər, Naxçıvan Olimpiadasının qalibidir! Olimpiadanın gümüş və bürüncü mükafatçıları isə, sabah Bakı vaxtı ilə saat 10:00-da start götürəcək doqquzuncu turun oyunlarından sonra müəyyənləşəcək. 

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss