SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Azərbaycan Ümumdünya Şahmat Olimpiadasının mükafatçısı oldu!

Naxçıvanda 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadası başa çatdı. 

   Chess.az xəbər verir ki, son turdan öncə çempionun adı məlum olsa da, gümüş və bürünc medallar uğrunda mübarizə davam edirdi. Sevindirici haldır ki, həlledici turda Fərid Abbasovun başçılıq etdiyi  Azərbaycanın birinci komandası Türkiyə-Anatoliya kollektivini məğlub edərək bürünc medalların sahibi ola bildi. Bürünc uğrunda mübarizədə əsas rəqibimiz olan Hindistan yığmasını həlledici matçda məğlub edən çempion Türkiyə yığması yığmamıza bürünc medallar qazanmaqda müəyyən şəkildə kömək etmiş oldu.  Xatırladaq ki, çempion olmuş qardaş Türkiyə yığma komandasının baş məşqçisi sözügedən ölkədə yaşayan həmyerlimiz Cəmil Ağamalıyevdir. Olimpiadada ikinci yerin sahibisi isə Özbəkistan yığması oldu.


Bürünc medalları qazanan yığmamızın heyyəti ilə bir daha tanış olaq:

Azərbaycan-1 komandası: 1.Read Səmədov (2455). 2.Fərid Orucov (2352). 3.Şiroğlan Talıbov (2299). 4.Süleyman Süleymanlı (2304). 5.Səmra Qasımova (1902). 6.Nərmin Abdinova (1740).

 
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss