SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Aimchess Rapid": Şəhriyar, Karlsen, Giri....

Azərbaycanlı qrossmeyster  Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" onlayn şahmat seriyasının səkkizinci mərhələsində çıxış edəcək. 

  "Aimchess Rapid" adlanan mərhələ oktyabrın 14-dən 21-dək davam edəcək. Turnirdə seriyanın təşəbbüskarı Maqnus Karlsen və həmyerlimiz Şəhriyar Məmmədyarovdan başqa daha 14 şahmatçı mübarizə aparacaq. Bunlar niderlandlı Aniş Giri, Hindistan şahmatçıları Qukeş, Arcun Eriqaisi, Pentala Harikrişna, Vidit Santoş Aditya Mittal, macar Riçard Rapport, polşalı şahmatçı Yan-Kşıştof Duda,  özbək Nodirbek Abusattarov, Almaniya təmsilçisi Vinsent Keymer, ispan David Quyarro, isveçli Nils Qrandelius, Kanada təmsilçisi Erik Hansen ABŞ şahmatçısı Daniel Narodski.
  Qeyd edək ki, ümumi mükafat fondu 150 000 dollar olan turnirin qrup oyunlarından sonra ilk səkkiz yeri tutmuş şahmatçı pley-offa vəsiqə qazanacaq.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss