SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"U-20 Dünya çempionatı" : Abdulla və Gövhər liderlər qrupunda (CANLI)

İtaliyada 20 yaşadək şahmatçılar arasında Dünya çempionatı davam edir.

CANLI 

 Chess.az xəbər verir ki, iki kateqoriya üzrə keçirilən (kişilər, qadınlar) yarışda, Azərbaycanı dörd şahmatçı təmsil edir. Bunlar kişilərin turnirində mübarizə aparan Məhəmməd MuradlıAbdulla Qədimbəyli ilə yanaşı, qadınların yarışında  Gövhər BeydullayevaLəman Hacıyevadır.

 Sevindirici haldır ki, keçirilmiş üç turdan sonra iki şahmatçımız 100%-lik nəticə ilə liderlər qrupunda yer alır. Bunlar Abdulla Qədimbəyli Gövhər Beydullayevadır. DÇ-da çıxış edən digər iki şahmatçımız isə təəsüf ki, hələ öz oyunlarını tapa bilmirlər. Böyüklər arasında son ölkə çempionu Məhəmməd Muradlı üç oyundan sonra  cəmi 1 xalla 92-ci, onunla eyni sayda xal toplayan Ləman Hacıyeva isə qadınların yarışında 53-cü pillələrdə qərarlaşıblar.

Qeyd edək ki, Sardinyada davam edən Dünya çempionatı İsveçrə sistemi üzrə oynanılır və 11 turdan ibarət olacaq. 
Sabah Bakı vaxtı ilə saat 17:30-da DÇ-nın dördüncü turuna start veriləcək.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss