SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Raufdan Karlsenə sərt cavab:"Əgər sən bura ələ salmaq üçün gəlirsənsə.. "

Azərbaycan yığma komandasının üzvü Rauf Məmmədovla dünya çempionu Maqnus Karlsen arasında gərginlik yaşanıb. 

Hadisə cümə axşamı Chess.com şahmat platformasının təşkil etdiyi «Titled Tuseday» onlayn şahmat turnirində baş verib. Məmmədov Karlsenə qarşı oynadığı partiyanın ikinci gedişində oyunu tərk edərək, partiyanı davam etdirməkdən imtina etdi.
Rauf Məmmədov Chess.com-a verdiyi açıqlamada Maqnus Karlsenın yarış iştirakçılarına qarşı göstərdiyi hörmətsizliyi açıq şəkildə tənqid etdi: «Əgər Nakamura bunu etsəydi, tamam! Ancaq həftəlik turnirdə bunu Maqnus Karlsen edirsə..… «Titled Tuesday»- də yaxşı şahmatçılar yığışır. Onlar bura şahmat oynamaq üçün, bəziləri isə pul qazanmaq üçün gəlir. Və birdən birə 1.e4 g5! Bu gedişdən sonra oynamamaq qərarına gəldim. Əgər sən bura ələ salmaq üçün gəlirsənsə, mən yoxam. Demirəm tam haqlıyam. Amma belə şeylər olan yerdə mən yoxam»


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss