SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"U-20 Dünya çempionatı" : Gövhər və Abdulla inamla irəliləyirlər (CANLI)

İtaliyada 20 yaşadək şahmatçılar arasında Dünya çempionatı davam edir.

CANLI (KIŞILƏR)
CANLI (QADINLAR)

Chess.az xəbər verir ki, bu gün çempionatın beşinci turun oyunları keçirildi. DÇ-da uğurlu start götürən kişilərin yarışında Abdulla Qədimbəyli və qadınların turnirində Gövhər Beydullayeva beşinci turu da naməğlub başa vurmağı bacardılar. Abdulla FİDE-ni təmsil edən Volodar Murzinlə bərabərə qaldı, Gövhər isə rus Yekaterin Qoltsevanı məğlub edərək çempionluq uğrunda mübarizələrini davam etdirirlər. Beş turdan sonra hər iki şahmatçımız liderlər qrupunda yer alır. Qədimbəyli aktivinə 4 xalla 9 nəfərlə bərabər zirvəni bölüşür, Gövhər isə 4.5 xalla qazax Meruet Kemaledinova və bolqar Nurgül Səlimova ilə birlikdə zirvədəki yer uğrunda mübarizə aparırlar. DÇ-da digər iki təmsilçimizə gəlincə, son Azərbaycan çempionu Məhəmməd Muradlı 2 xalla 74-cü, Ləman Hacıyeva isə 3 xalla 28-ci pillələrdə qərarlaşıbıar.

Qeyd edək ki, Dünya Çempionatı iki kateqoriya üzrə keçirilir, kişilər və qadınların yarışı.  

Sardinyada keçirilən  Dünya çempionatı İsveçrə sistemi üzrə oynanılır və 11 turdan ibarət olacaq.

Sabah Bakı vaxtı ilə saat 17:30-da DÇ-nın altıncı turuna start veriləcək.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss