SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Aimchess Rapid": Məmmədyarov liderlər qrupunda (CANLI)

 "Meltwater Champions Chess Tour" onlayn şahmat seriyasının səkkizinci mərhələsi, orada çıxış edən həmyerlimiz  Şəhriyar Məmmədyarov üçün olduqca uğurlu alınır. 

CANLI

  "Aimchess Rapid" adlanan mərhələdə artıq səkkiz tur arxada qaldı. Keçirilmiş 8 turdan sonra, Məmmədyarov Dünya çempionu və seriyanın təşkilatçısı Maqnus Karlsenlə, polyak Yan-Kşıştof Duda və hindistanlı Arcun Eriqaisi ilə birlikdə turnir cədvəlinin 2-5-ci pillələri bölüşür. Bu şahmatçıların aktivində 5.5 xalı var və onları lider Nodirbek Abusattarovdan cəmi yarım xal ayırır.
Qeyd edək Şəhriyar turnirin gedişində Maqnus Karlsen, Aniş GiriRiçard Rapport kimi güclü şahmatçıları məğlub etməyi bacarmışdı.

Ümumi mükafat fondu 150 000 dollar olan turnir oktyabrın 21-dək davam edəcək. Bu gün yarışın növbəti dörd turu oynanılacaq.
Dairəvi sistem üzrə oynanılan "Aimchess Rapid"  turniri 15 turdan ibarət olacaq. Qrup mərhələsinin sonunda ilk səkkiz yeri tutmuş şahmatçı yarışın 1/4 finalına vəsiqə qazanacaqlar.
9-12-ci turlara bu gün Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss