SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

ŞOK Olay: Gövhərin rəqibi oyun zamanı qulaqcıqdan istifadə edib!

İtaliyada 20 yaşadək şahmatçılar arasında Dünya çempionatı davam edir.

Chess.az xəbər verir ki, bu gün dünya çempionatında istirahət günüdür. Sevindirici haldır ki, altıncı turda qeydə alınan nəticələrə əsasən şahmatçımız Gövhər Beydullayeva istirahətə vahid lider qismində yollanıb. Dünən Gövhər hindistanlı rəqibi Nutanki Priyankaya məğlub olsa da, sonradan yarışın püşkatmasını həyata keçirən Chess-results.com saytı qalib kimi məhz həmyerlimizi qeyd edib. Saytda Beydullayevanın rəqibi Priyankanın isə, ümumiyyətlə yarışdan kənarlaşdığını qeyd olunub.
Bu gün  FİDE-nin rəsmi saytı hadisə ilə bağlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, hind şahmatçı Nutanki Priyanka oyun zamanı zaldan çıxıb qayıdarkən onun gödəkçəsinin cibində qadağan olunmuş əşya - telefon qulaqcıqı tapılıb. Təşkilat komitəsi həmin an şahmatçının yarışdan kənarlaşdırılması ilə bağlı qərar qəbul edib və qələbəni həmyerlimiz Gövhər Beydullayevaya verib. Hinditan nümayəndə heyətinin verdiyi appelyasiya şikayəti də təmin olunmayıb və qərar dəyişməz olaraq qaldı.

Chess.az saytı olaraq şahmatçımız Gövhər Beydullayeva ilə əlaqə saxlayıb məsələ ilə bağlı onun da fikirlərini öyrəndik:"Dünən məğlub oldum, mən də başa düşmədim mənə niyə qalibiyyət yazıldığını. Təşkilatçı ilə əlaqə saxladım və cavabında baş hakimin belə bir qərar qəbul etdiyini eşitdim. Bugün saytlardan rəqibin üzərindən qulaqlıq tapıldığını və nəticənin mənim xeyrimə dəyişildiyini gördüm" 

Hər şeyə rəğmən keçirdiyi altı oyunda 5.5 xal toplayan Gövhər Beydullayeva Dünya çempionatının vahid lideridir. Onu 5 xalları olan bolqar Nurgül Səlimova Qazaxıstanı təmsilçiləri Meruet Kemaledinova ilə Assel Serikbay izləyirlər.     

Kişilərin yarışında Abdulla Qədimbəylinin də uğurlu çıxışı diqqət çəkir. Abdulla dünənki partiyasını bərabərliklə başa vuraraq çempionluq uğrunda mübarizəsini davam etdirdi. Altı turdan sonra 4.5 xalı olan Abdulla, hazırda turnir cədvəlinin 5-10-cu pillələrini bölüşür və liderlər qrupundan cəmi yarım geri qalır.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss