SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"U-20 Dünya çempionatı": Gövhər və Abdulla favoritlərə qarşı (CANLI)

Bu gün, bir günlük fasilədən sonra İtaliyanın Sardinya şəhərində 20 yaşadək şahmatçılar arasında Dünya çempionatı davam edəcək.

CANLI (KIŞILƏR)
CANLI (QADINLAR)

Chess.az xəbər verir ki, artıq yeddinci turda şahmatçılarımızın rəqibləri də məlumdur. Qızların yarışında istirahətə vahid lider qismində yollanan Gövhər Beydullayevanı bu gün olduqca çətin sınaq gözləyir. Gövhər çempionluq uğrunda əsas rəqiblərindən biri hesab olunan bolqar Nurgül Səlimova ilə üz-üzə gələcək. Səlimovadan başqa Gövhərin ən yaxın izləyiciləri olan Qazaxıstan şahmatçıları Meruet KemalidinovaAssel Serikbay isə bir biri ilə qarşılaşacaqlar. Qızların yarışında digər təmsilçimiz Ləman Hacıyeva isə, Monqolustan şahmatçısı Boltbaatar Altantuya ilə qarşılaşacaq.

Kişilərin turnirində çempionluq uğrunda mübarizəni davam etdirən Abdulla Qədimbəyli yeddinci turda yarışın reytinq favoriti olan rus Andrey Yesipenko (2668) ilə üz-üzə gələcək. Digər şahmatçımız Məhəmməd Muradlı isə bosniyalı Draqan Stankoviçlə qarşılacaq. 

Qeyd edək ki, dünya çempionatı İsveçrə sistemi üzrə oynanılır və 11 turdan ibarət olacaq.Yeddinci tur Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss