SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"U-20 Dünya çempionatı":Gövhərin liderliyi davam edir. Ləmandan ardıcıl beşinci qələbə (CANLI)

Dünən İtaliyanın Sardinya şəhərində 20 yaşadək şahmatçılar arasında Dünya çempionatının yeddinci turu keçirildi.

CANLI (KIŞILƏR)
CANLI (QADINLAR)

Chess.az xəbər verir ki, dünən çempionluq uğrunda mübarizə aparan şahmatçılarımız Gövhər Beydullayeva Abdulla Qədimbəyli olduqca çətin sınaqdan üzüağ, alnıaçıq çıxmağı bacardılar. 
Gövhər çempionluq uğrunda əsas rəqiblərindən biri hesab olunan bolqar Nurgül Səlimova ilə, Abdulla Qədimbəyli isə yarışın reytinq favoriti olan rus Andrey Yesipenkoya qarşı keçirdikləri partiyalarını bərabərliklə başa vuraraq, mübarizədən qopmadılar və dünya çempionu olmaq şanslarını davam etdirdilər.
Yeddi turdan sonra Beydullayeva 6 xalla qızların yarışına başçılıq edir. Bu gün Gövhər, onunla eyni xala malik olan Qazaxıstan şahmatçısı Assel Serikbayla üz üzə gələcək. Onu da qeyd edək ki, qızların yarışında digər təmsilçimiz Ləman Hacıyeva da öz oyununu tapmağa başlayıb. Perspektivli şahmatçımız ardıcıl beşinci qələbəsini qazanaraq, xallarının sayını 5-ə yüksəldib və hazırda turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Ləman bu gün digər qazax şahmatçı Meruet Kamalidinova ilə üz üzə gələcək. 

Oğlanların yarışında yeddi turdan sonra 5 xalı olan Abdulla Qədimbəyli hazırda yarış cədvəlinin 4-15-ci pillələrini bölüşür. Onu üçüncü yerdən yarım, liderlər olan macar Adam Kozak və gürcü Nikolazi Koçaravadan isə cəmi bir xal ayırır. Bu gün Abdulla Monqolustan şahmatçısı Dambasuren Batsurenlə qarşılaşacaq. Yarışdaki digər idmançımızın çıxışına gəlincə, böyük imidlər bəslənən və DÇ-nın əsas favoritlərindən biri olan Məhəmməd Muradlı, hazırda 4 xalla 50-ci pillədə qərarlaşıb. Onun bugünkü rəqibi  italyalı Qabriel Lumaçi olacaq. 

Qeyd edək ki, dünya çempionatı İsveçrə sistemi üzrə oynanılır və 11 turdan ibarət olacaq. Səkkizinci turun oyunları Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss