SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Aimchess Rapid": Məmmədyarov yarımfinalda! (CANLI)

"Meltwater Champions Chess Tour" onlayn şahmat seriyasının səkkizinci mərhələsi orada çıxış edən həmyerlimiz Şəhriyar Məmmədyarov üçün olduqca uğurlu alınır. 

CANLI

  Dünən "Aimchess Rapid" adlanan mərhələnin dörddəbir final mərhələsinə yekun vuruldu. Turnirdə iştirak edən həmyerlimiz Şəhriyar Məmmədyarov özbək Nodirbek Abusəttarovu 2.5:1.5 hesabı ilə məğlub edərək yarımfinala yüksəldi. 1/2 finalda Məmmədyarovun rəqibi Rumıniyanı təmsil edən Riçard Rapport olacaq. Digər yarımfinalda isə, Maqnus Karlsenlə polyak Yan-Kşıştof Duda üz üzə gələcəklər. 
Ümumi mükafat fondu 150 000 dollar olan turnir oktyabrın 21-dək davam edəcək. Bu gün yarışın yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. Oyunlar bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq..скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss