SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"U-20 Dünya çempionatı":Bütün təmsilçilərimiz qələbə qazandı! (CANLI)

İtaliyanın Sardinya şəhərində 20 yaşadək şahmatçılar arasında Dünya çempionatının səkkizinci turuna yekun vuruldu. 

CANLI (KIŞILƏR)
CANLI (QADINLAR)

Chess.az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan təmsilçilərimiz üçün cari tur olduqca uğurlu alındı. Qızların turnirində çempionluğa əsas ümidimiz olan Gövhər Beydullayeva qara fiqurlarla ən yaxın izləyicisi olan qazaxıstsanlı Assel Serikbayı məğlub edərək, yarışın sonuna üç tur qalmış yarışın vahid lideri oldu. Aktivində yeddi xalı olan Gövhərin ən yaxın izləyicisi isə, ondan yarım xal geri qalan bolqar Nurgül Səlimovadır. Həmin turnirdə çıxış edən digər şahmatçımız Ləman Hacıyevanın da uğurlu çıxışını qeyd etməmək olmaz. Çempionata iki məğlubiyyətlə başlayan Ləman, sonradan keçirdiyi bütün oyunlarda qələbə qazanaraq turnir cədvəlinin zirvəsinə doğru irəliləməyə davam edir. Hacıyeva hazırda 6 xalla yarış cədvəlinin 3-6-cı pillələrini bölüşür.

Oğlanların yarışında çempionluq uğrunda mübarizəni davam etdirən Abdulla Qədimbəyli də bu turu qələbə ilə başa vurub. Abdulla Monqolustan şahmatçısı Dambasuren Batsureni məğlub edərək, çempionluq iddiasını sürürdü. Yarışdaki digər təmsilçimiz olan Məhəmməd Muradlı da bu turu qələbə ilə başa vurub. Qazanılan qələbə sayəsində xallarının sayını beşə çatdıran Muradlı 32-ci pillə yüksəlib.
Beləliklə səkkizinci turda bütün azərbaycanlı şahmatçılar qələbə qazanmış oldu. Ümid edək ki, bu gün qazanılan xallar sonda şahmatçılarımıza çempionluq və ya DÇ-ın medallarını qazanmaqda kömək edəcək. 

Sabah Bakı vaxtı ilə saat 17:30-da dünya çempionatının doqquzuncu turu start götürəcək. Qızların turnirində Gövhər Beydullayeva erməni Məryam Mkrtçyanla, Ləman Hacıyeva isə Gövhərin bu gün məğlub etdiyi qazaxıstanlı Assel Serikbayla qarşılaşacaq.

Oğlanların yarışında isə Abdulla Qədimbəyli gürcü Nikolazi Kaçarava ilə, liderlər qrupuna çatmaq çalışan Məhəmməd Muradlı isə türkiyəli Ediz Gürellə üz üzə gələcək . 

Qeyd edək ki, dünya çempionatı İsveçrə sistemi üzrə oynanılır və 11 turdan ibarət olacaq.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss