SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Karpov Raufa müalicə almağa məsləhət görüb

12-ci dünya çempionu Anatoliy Karpov həmyerlimiz Rauf Məmmədovu sərt şəkildə tənqid edib. 

Ötən həftə baş verən Rauf Məmmədov-Maqnus Karlsen qalmaqalı səngimək bilmir.

Xatırladaq ki, hadisə ötən cümə axşamı Chess.com şahmat platformasının təşkil etdiyi «Titled Tuseday» onlayn şahmat turniri zamanı baş vermişdi. 10-cu tura vahid lider qismində girən Məmmədov, turnir cədvəlində özünün ən yaxın izləyicisi olan Maqnus Karlsenə  qarşı oynadığı partiyanın ikinci gedişində etiraz əlaməti olaraq oyunu tərk etmişdi. Etiraza səbəb isə, Məmmədovun fikirincə Karlsenin rəqiblərinə qarşı saymazyana yanaşması olub.
Chess.com saytına açıqlamasında Rauf bunları demişdir: «Əgər Nakamura bunu etsəydi, tamam! Ancaq həftəlik turnirdə bunu Maqnus Karlsen edirsə..… «Titled Tuesday»- də yaxşı şahmatçılar yığışır. Onlar bura şahmat oynamaq üçün, bəziləri isə pul qazanmaq üçün gəlir. Və birdən birə 1.e4 g5! Bu gedişdən sonra oynamamaq qərarına gəldim. Əgər sən bura ələ salmaq üçün gəlirsənsə, mən yoxam. Demirəm tam haqlıyam. Amma belə şeylər olan yerdə mən yoxam»  ki,

Bu hadisə ilə bağlı bir çox şahmat adamları Rauf Məmmədovla həmfikir olsa da, 12-ci dünya çempionu rusiyalı Anatoliy Karpov biraz fərqli düşünür. 
Rusiyanın Sports.ru portalına açıqlama verən Karpov hadisə və Rauf Məmmədov haqqında bunları deyib:"Mən Məmmədovun niyə bu qədər üzüldüyünü anlamadım. Bu partiyanı davam edib, qələbə qazanmaq lazım idi. Maqnus istədiyi gedişi edə bilər. Yaranmış vəziyyətdən istifadə edib qələbə qazanmaq lazım idi. Adam müalicə almalıdır. Karlseni nəzərdə tutmuram. Karlsen belə oynayıbsa deməli uduzmaqdan qorxmurdu. Afərin!"скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss