SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"U-20 Dünya çempionatı": Bu gün Gövhərin çempionluğu rəsmiləşəcək (CANLI)

Bu gün İtaliyada 20 yaşadək şahmatçılar arasında Dünya çempionatına yekun vurulacaq. 

CANLI 

 Sevindirici haldır ki, azərbaycanlı şahmatsevərlər ən böyük sevinclərini artıq yaşayıblar. Ötən gün Azərbaycan şahmatçısı Gövhər Beydullayeva sloveniyalı  Zala Urla bərabərə qalaraq, sona bir tur qalmış Dünya çempionu adını özünə təmin etmiş oldu. Reqlamentə görə, şahmatçıların xalları bərabər olacağı təqdirdə şəxsi görüşlər nəzərə alınır. Məhz buna görə də Gövhər son turda Qazaxıstan təmsilçisi Assel Serikbayı uduzsa belə, şəxsi oyunda üstünlüyə malik olduğu üçün nəticə dəyişməyəcək.

Qeyd edək ki, Gövhər Beydullayeva Azərbaycan şahmat tarixində bir ilkə imza atıb. Gövhər 20 yaşadək şahmatçılar arasında çempion olan ilk qadın şahmatçımız oldu. Ümumlikdə isə Azərbaycan şahmatçılarından yalnız Şəhriyar Məmmədyarov iki dəfə U-20 dünya çempionatının qalibi olub. O, 2003-cü ildə Naxçıvanda, 2005-ci ildə isə İstanbulda baş tutan dünya çempionatlarının qalibi olmuşdur. Onu da qeyd edək ki, Məmmədyarov şahmat tarixinə 20 yaşlı şahmatçılar arasında iki dəfə dünya çempionu olmuş yeganə oyunçu kimi düşüb. 

Bu gün Dünya çempionatının son turu keçiriləcək. Çempion Gövhər Beydullayeva qazaxıstanlı Liya Kurmanqaliyeva ilə qarşılaşacaq. Qızların yarışında daha bir medal ümidimiz olan Ləman Hacıyeva isə Gövhərin dünən məğlub etdiyi sloveniyalı Zala Urla üz üzə gələcək. 

Oğlanların yarışında isə hələ də çempionluq şanslarını özündə saxlayan və hazırda aktivindəki 7.5 xalla ikinci olan Abdulla Qədimbəyli digər şahmatçımız Məhəmməd Muradlı ilə qarşılaşacaq. Qeyd edək ki, DÇ-na inamsız başlayan, lakin sonradan rəqiblərini bir bir sıradan çıxaran Məhəmməd özü də hazırda medallara və hətta çempionluğa namizədlərdən biridir. Məhəmmədin aktivində 7 xalı var və o hazırda yarış cədvəlinin 3-11-ci pillələrini bölüşür. Çempionatın lideri isə 8 xalla Macarıstanlı Adam Kozakdı. Həlledici görüşdə Kozak hindistanlı Luka Mendonka ilə qarşılaşacaq. 




скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss